Westminster Universitetində Açıq qapı günü

Şənbə, 27 Noyabr 11:00

Westminster Universitetində Açıq qapı günü

Əlaqə

Online

Bu görüş universitet haqqında daha ətraflı məlumat almaq üçün, eləcə də kampus, təklif olunan təhsil proqramları, əməkdaşlar və nəhayət, akademik və müəllimlər ilə yaxından tanış olmaq üçün çox yaxşı fürsətdir.

Noyabrın 27-də Westminster Universiteti abituriyentlər üçün saat 11:00-dan 15:00-dək Açıq qapı günü təşkil edir.

Qeyd edək ki, bu görüş universitet haqqında daha ətraflı məlumat almaq üçün, eləcə də kampus, təklif olunan təhsil proqramları, əməkdaşlar və nəhayət, akademik və müəllimlər ilə yaxından tanış olmaq üçün çox yaxşı fürsətdir.

Bütün bunların bir hissəsi olaraq tələbələr proqramlar haqqında daha çox məlumat almaq üçün kurs sessiyalarında iştirak etmək imkanı da əldə edəcəklər. Görüşdə hazırkı tələbələr də öz yerlərini alacaqlar və Westminster ilə bağlı öz fikirlərini, təəssüratlarını və təcrübələrini gələcək tələbələrlə bölüşəcəklər.

Qısaca universitet haqqında:
Westminster universiteti Birləşmiş Krallığın top universitetlərindən olmaqla, 2021-ci ilin reytinq cədvəlində 6-cı (Times Higher World Universities) və 8-ci (QS World University Rankings) yerlərdə qərarlaşıb.

Əgər siz hələ də, universitetə müraciət etməmisinizsə, və ya universitetdən qəbul ala bilməmisinizsə, şirkətimizin təklif etdiyi xidmətlərdən yararlanaraq, ərizənin təqdim olunması ilə bağlı professional məsləhətlər ala bilər, təklif olunan yeni proqramlara elan olunacaq ərizə qəbulu prossesində iştirak edə bilərsiniz.

Qeydiyyat üçün buradan keçid edin.

StudyNet Group şirkəti uzun müddətdir ki, universitetin rəsmi tərəfdaşı statusunu daşımaqdadır. Bu statusa əsaslanaraq, şirkət universiteti seçən yerli və əcnəbi tələbələrə ərizə formalarının hazırlanması və universitetə təqdim olunması, universitetdən qəbul məktubunun əldə olunması, tələbə vizasına müraciət və Birləşmiş Krallıqda yaşayış yerlərinin bron edilməsi zamanı tam dəstək göstərir.

Online

© 2018 SNG, All Rights Reserved.