Yeni Tərəfdaşlıq: Oregon Universiteti StudyNet Group tələbələrini qəbul edir

17 Avqust 2024

Yeni Tərəfdaşlıq: Oregon Universiteti StudyNet Group tələbələrini qəbul edir

Əlaqə

Məmnuniyyətlə elan edirik ki, ölkədə təmsilçisi olduöumuz Kaplan International Languages Amerika Birləşmiş Ştatlarının aparıcı dövlət universitetlərindən biri olan Oregon Universiteti (UO) ilə əməkdaşlığa başlamışdır. Dünyaca məşhur təhsili və yüksək həyat keyfiyyəti ilə tanınan UO, U.S. News & World Report 2024 reytinqinə əsasən ABŞ-da ən yaxşı 50 dövlət universiteti arasında yer alır. Bu nüfuzlu təhsil ocağı, həmçinin Şimali Amerikanın aparıcı tədqiqat universitetlərinin təmsil olunduğu Assosiasiyanın (Association of American Universities) üzvü olan yeganə Oregon universitetidir.

Bu əməkdaşlıq sayəsində tələbələrimiz UO-nun geniş akademik proqramlarına, yenilikçi tədqiqat imkanlarına və canlı kampus həyatına çıxış əldə edəcəklər. UO-nun dayanıqlılığa, yaradıcılığa və qlobal perspektivə olan sadiqliyi, hərtərəfli və irəliləyişə yönəlmiş təhsil axtaran tələbələr üçün ideal seçimdir.

Oregon ştatının gözəl Eugene şəhərində yerləşən UO, möhtəşəm təbiət mənzərələri, zəngin mədəniyyət həyatı və tələbə uğurunu dəstəkləyən qonaqpərvər icması ilə yüksək həyat keyfiyyəti təklif edir. Bu əməkdaşlıq, tələbələrimizin akademik və şəxsi inkişafı üçün müxtəlif imkanlar təqdim etmək öhdəliyimizi bir daha göstərir.

Sizi bu yeni tərəfdaşlıq haqqında daha çox məlumat almaq və Oregon Universitetinin təhsil və karyera hədəflərinizə çatmağınıza necə kömək edə biləcəyini öyrənmək üçün müraciət edə bilərsiniz. StudyNet Group olaraq, xaricdə təhsil yolunuzda hər addımda sizə bələdçilik etməkdən məmnunluq duyuruq.

© 2020 SNG, All Rights Reserved.