Diqqətinizə çatdırmaq istərdik ki, 4-6 fevral 2022-ci il tarixlərində Warwick Universitetinin təşkilatçılığı ilə Warwick İqtisadiyyat Sammiti baş tutacaqdır.
Warwick İqtisadiyyat Sammiti istedadlı universitet tələbələrinin dünyanın ən tanınmış və peşəkar məruzəçilərini dinlədiyi, tamamilə tələbələr tərəfindən idarə olunan beynəlxalq forumdur.
Bu İqtisadiyyat Sammiti iqtisadiyyatla yanaşı, siyasət, jurnalistika, beynəlxalq münasibətlər və bir çox digər sosial elmlərə də diqqət yetirir.
Adı çəkilən sammit virtual olaraq keçiriləcək ən böyük tələbə elmi konfranslarından biridir və bu, tanınmış məruzəçiləri dinləmək və lazımlı məlumatları əldə etmək üçün əla fürsətdir. Sammitin spikerləri qismində iştirak edəcək şəxslər:
Joze Manuel Barrozu - Avropa Komissiyasının keçmiş prezidenti
Nadia Kalvino - İspaniya Baş nazirinin müavini
Beatrice Fihn - ICAN-ın icraçı direktoru
İrina Bokova - YUNESKO-nun keçmiş baş direktoru
Tədbir haqqında ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün vebsayta keçid edin.