Hüquqşünas kimi karyeranızı qurmağı planlaşdırırsınız?
Böyük Britaniya bu istiqamətdə ən doğru seçimlərdəndir. ABŞ və Kanada kimi ölkələrdə hüquq təhsili ilə müqayisədə Böyük Britaniya bunun üçün ən qısa yollardan birini təklif edir.
Biz sizə ümumi hüququn yarandığı ölkədə təhsil almaq və bütün Böyük Britaniyanı əhatə edən qanunları öyrənmək şansını təklif edirik.
Tərəfdaş universitetlərimizdən biri olan King's College London maraqlanan və bu tədris ilində başlamağı planlaşdıran tələbələr üçün onlayn tədbir təşkil edir. Magistr dərəcəsi üzrə baş tutacaq Virtual Açıq Qapı Günü Hüquq və Peşəkar təcrübə mövzusuna həsr olunacaq.
İstər karyeranızı yüksəltmək, istərsə də həvəsli olduğunuz bir mövzunu öyrənməyə davam etmək istəsəniz, Universitetin magistratura tədris və tədqiqat kursları bu istiqamətdə sizi dəstəkləyə bilər.
Mayın 17-də King's College London tərəfindən təşkil olunacaq onlayn tədbirə qoşulun və "Hüquq və Peşəkar Təcrübə MSc/PGDip" təhsili haqqında daha çox məlumat əldə edin.
Buradan qeydiyyatdan keçə bilərsiniz.
Top 10 universitetlərdən birinin nümayəndəsi olaraq StudyNet Group həmişə təhsil alacağınız yer üzrə sizə bələdçilik etməkdən məmnundur. Biz sizə gələcəyinizi və karyeranızı uğurlu qurmaqda köməklik edəcəyik.