University of Abeerden: Magistr proqramları ilə tanış olun

Şənbə, 08 İyun 11:00

University of Abeerden: Magistr proqramları ilə tanış olun

Əlaqə

Online

Sessiya zamanı pre-master üçün tələb olunan ingilis dili, yaşayış yeri, karyera və universitet qəbulu haqda müzakirə aparılacaq.

StudyNet Group-un rəsmi əməkdaşı Abeerden Universitetinin akademik və tələbə heyəti ilə tanış olmağa hazırsan?

Tarix: 8 iyun 2024
Saat: 10:00 – 12:00 ya da 17:00 – 19:00 (Böyük Britaniya vaxtı ilə)
Məkan: onlayn
İştirak etmək üçün buradan qeydiyyatdan keçid edin.

Sessiya zamanı pre-master üçün tələb olunan ingilis dili, yaşayış yeri, karyera və universitet qəbulu haqda müzakirə aparılacaq.

Abeerden Universitet “Guardian University Guide 2024” və “Times and Sunday Times Good University Guide 2024” reytinqlərinə görə Böyük Britaniyanın ən yaxşı 20 universiteti arasında yer alır. Təhsil müəssisəsi tələbə məmnuniyyətinə görə Şotlandiya, Uels və Şimali İrlandiyada 2-ci yerdə qərarlaşıb. 130-dan çox millətdən 14 min tələbə ilə məşhur universitet, 2021-ci ildə torpaqşünaslıq və 2017-ci ildə səhiyyə xidmətləri tədqiqatı üzrə kraliça mükafatına layiq görülüb.
Aberdeen Universiteti Böyük Britaniyanın ən yaxşı universitetlərindən biridir, belə ki, təhsil müəssisənin tədqiqat işlərinin 77%-i beynəlxalq səviyyədə mükəmməl hesab olunur. Aberdeen Universitetinə qəbul dərəcəsi 78% təşkil edir ki, bu da universitet qəbulunu kifayət qədər asan edir.

1495-ci ildə əsası qoyulan Aberdeen Universiteti Şotlandiyanın üçüncü, Böyük Britaniyanın isə beşinci ən qədim universitetidir. Universitetin əsas proqramları bunlardır:

  • Sosial elmlər
  • Mühəndislik və texnologiya
  • Biznes və idarəetmə
  • Hüquq
  • Tibb və səhiyyə
  • Ətraf mühit tədqiqatları və Yer elmləri
  • Humanitar elmlər
  • Təbiət elmləri və Riyaziyyat
  • Kompüter Elmləri və İT
  • Təhsil
  • Tətbiqi elmlər
  • İncəsənət, Dizayn və Memarlıq
  • Jurnalistika və Media

Studynet Group tələbələrə ən yaxşı tibb təhsili əldə edə bilmələri üçün uyğun təhsil proqramının tapılması, viza prosesində dəstək və yaşayış yerinin tapılması kimi professional xidmətləri göstərməkdən məmnundur.

Online

© 2018 SNG, All Rights Reserved.