Universitet Araşdırması: Niyə Lancaster?

Bazar ertəsi, 23 Avqust 17:00

Universitet Araşdırması: Niyə Lancaster?

Əlaqə

Onlayn

Onlayn formatda baş tutacaq görüşdə tələbələr univeristet kampusları, cəmiyyəti ilə tanış olacaq və universitet işçilərinin, tələbələrin niyə buranı seçdiyini, sevdiklərini və Milli Tələbə Araşdırması 2018-in tələbə məmnuniyyətinə görə İngiltərədəki ən yaxşı 10 universitet arasında Lancaster'in nə üçün yer aldığı kimi bir sıra suallara cavab tapacaqlar.

İngiltərənin şimal -qərbində yerləşən Lancaster Universiteti, səkkiz bakalavr kolleci və bir magistr kollecindən ibarət kollegial sistem təqdim edən azsaylı İngiltərə universitetlərindən biridir.

Bu yüksək səviyyəli yenilikçi universitet, dünyanın hər yerindən 12.000 -dən çox tələbəyə ev sahibliyi edir. 2018 -ci ildə "İlin Universiteti" adına layiq görülən Lancaster Universiteti, sonuncu kurs tələbələri üçün Milli Tələbə Sorğusunda 88 faiz göstəri toplayaraq 2019 -cu il üçün İngiltərənin üç əsas liqa cədvəlində ilk onluğa daxil olmuşdur. Həmçinin universitet tədqiqat sahəsində geniş nüfuz sahibi olmuşdur.

Lancaster, biokimya, maliyyə, kimya mühəndisliyi, kompüter elmləri, hüquq, dizayn, elm və s. kimi müxtəlif sahələrdə geniş proqramlar təklif edir. Universitet gələcək beynəlxalq tələbələr, eləcə də bakalavr və magistr tələbələri üçün onlayn görüş təşkil edir.

Universitet Araşdırması: Niyə Lancaster? adlı tədbir 23 avqust saat 17:00-da keçiriləcək. Bu canlı onlayn formatda baş tutacaq görüşdə tələbələr univeristet kampusları, cəmiyyəti ilə tanış olacaq və universitet işçilərinin, tələbələrin niyə buranı seçdiyini, sevdiklərini və Milli Tələbə Araşdırması 2018-in tələbə məmnuniyyətinə görə İngiltərədəki ən yaxşı 10 universitet arasında Lancaster'in nə üçün yer aldığı kimi bir sıra suallara cavab tapacaqlar.

Tədbirə qatılmaq istəyən tələbələr buradan qeydiyyatdan keçə bilərlər.

Universitet və onun təqdim etdiyi perspektivlər haqqında daha ətraflı məlumat almaq üçün buradan keçid edə bilərsiniz.

StudyNet Group universitetin beynəlxalq əməkdaşlarından biri olaraq, bu universiteti seçən yerli və əcnəbi tələbələrə sənəd qəbulu və universitetə müraciət ərizələrinin hazırlanması, tələbə vizalarının əldə olunması, İngiltərədə tələbə yataqxanaları və fərdi yaşayış yerlərinin bron edilməsi və s. sahədə tam dəstək göstərməyə hər zaman hazırdır.

Onlayn

© 2018 SNG, All Rights Reserved.