ULaw Karyera Dəstəyi Xidmətləri: Tələbə Karyera Uğuru necə qazanılmalı?

Çərşənbə axşamı, 12 İyul 16:00

ULaw Karyera Dəstəyi Xidmətləri: Tələbə Karyera Uğuru necə qazanılmalı?

Əlaqə

Onlayn

ULaw-un təhsil ekspertləri və məzunları ilə görüş fürsətini qaçırmayın!

StudyNet Group tələbələrə beynəlxalq universitetlərin təşkil etdiyi bir sıra üstünlükləri təqdim etməyə davam edir.

İndi isə University of Law-un təşkil etdiyi sessiyanı diqqətinizə çatdırırıq. Əminik ki, bu sessiya ərzində hər kəs öz suallarına cavab tapacaq. 12 iyul tarixində ULaw Karyera Dəstək Xidmətləri komandası tələbələr üçün məzun olduqdan sonraki mərhələdə nələri gözləməli və ULaw-un uyğun iş axtarışı zamanı tələbələrə dəstəyini necə təmin etdiyi barədə ətraflı məlumat təqdim edəcək.

Dünyanın ən yaxşı universitetlərindən biri olan University of Law öz sahəsində aparıcı təhsil müəssisəsidir. Dünyanın 100-dən çox ölkəsindən 1200-dən çox tələbə karyeralarını inkişaf etdirmək üçün bu universiteti seçir. Univeristy of Law Böyük Britaniyada ən uzunmüddətli hüquq təhsili təminatçılarından biridir.

Əgər siz də bu məlumatlandırıcı tədbirdə iştirak etmək istəyirsinizsə, bu link vasitəsilə qeydiyyatdan keçməyi unutmayın. Sessiya linki tədbirin keçiriləcəyi tarixə yaxın göndəriləcəkdir.

Tarix: 12 iyul 2022 / 16:00 (London vaxtı ilə)

Studynet Group-u izləyərək ən son proqramlar, təhsil konfransları və tədbirlər haqqında yeniliklər əldə edəcəksiniz. Biz Universitetin beynəlxalq tərəfdaş agentliklərindən biri olaraq beynəlxalq və yerli tələbələrə bütün qəbul proseslərində kömək etməkdən hər zaman məmnunluq duyuruq.

Onlayn

© 2018 SNG, All Rights Reserved.