ULaw - Bakalavr Açıq Qapı günü (Virtual tədbir)

Şənbə, 07 Yanvar 10:30

ULaw - Bakalavr Açıq Qapı günü (Virtual tədbir)

Əlaqə

Online

Tədbirin əsas məqsədi gələcək tələbələrin maraqlarına uyğun hansı kurs fənni seçməli olduqlarını müəyyən etməkdir.

Böyük Britaniyanın mərkəzində yerləşən University of Law 7 yanvar tarixində gələcək tələbələr üçün tədbir təşkil edir. Tədbirin əsas məqsədi gələcək tələbələrin maraqlarına uyğun hansı kurs fənni seçməli olduqlarını müəyyən etməkdir.

7 Yanvar Ingiltərə vaxtı ilə saat 10:30-12:30-da baş tutacaq "Açıq Qapı" günü təklif olunan Hüquq, Biznes, Psixologiya, Kriminologiya və Kompüter Elmləri haqqında məlumat əldə etmək üçün əla fürsətdir.

Dünyanın ən yaxşı universitetlərindən biri hesab olunan University of Law öz sahəsində aparıcı təhsil müəssisəsidir. Dünyanın 100-dən çox ölkəsindən 1200-dən çox tələbə karyeralarını inkişaf etdirmək üçün bu universiteti seçir. University of Law Böyük Britaniyada hüquq təhsilinin ən uzunmüddətli təminatçısıdır.

Görüşdə iştirak etmək istəyən tələbələr bu link vasitəsilə qeydiyyatdan keçməlidirlər və qeyd edək ki, tədbirə daxil olmaq üçün link tədbir tarixinə yaxın göndəriləcəkdir.

Ən son təhsil proqramları, təhsil konfransları və tədbirlər haqqında yenilikləri Studynet Group-dan əldə edə bilərsiniz. Universitetin beynəlxalq əməkdaş agentliklərindən biri olaraq SNG beynəlxalq və yerli tələbələrə bütün qəbul proseslərində kömək etməkdən hər zaman məmnunluq hissi duyur.

Online

© 2018 SNG, All Rights Reserved.