UEL-də Psixologiya ixtisası, üstünlüklər, qəbul meyarları

Çərşənbə, 14 Dekabr 11:00

UEL-də Psixologiya ixtisası, üstünlüklər, qəbul meyarları

Əlaqə

Online

University of East London universitetinin rəsmi Psixologiya fakültəsi nümayəndəsi tərəfindən keçiriləcək görüşə qatılaraq, ixtisas haqqında sizə maraqlı olan bir çox məlumat əldə edəcəksiniz!

Psixologiya təhsilinizi İngiltərənin mərkəzi, Londonda almaq istəyirsinizsə, sizi 14 dekabr University of East London tərəfindən baş tutacaq vebinara dəvət edirik!

University of East London universitetinin rəsmi Psixologiya fakültəsi nümayəndəsi tərəfindən keçiriləcək görüşə qatılaraq, ixtisas haqqında sizə maraqlı olan bir çox məlumatı, o cümlədən - tədris olunacaq modullar, proqram üstünlükləri, universitetə qəbul qaydaları, proqrama müraciət üçün meyarları, universitetin üstünlükləri və s haqqında geniş məlumat əldə edəcəksiniz!

Qeyd olunmalıdır ki, universitet mükəmməl tədqiqat proqramları ilə tanınır ki, bu da UEL-i Böyük Britaniyanın ən yaxşı tədqiqat universitetlərindən birinə çevirir.

University of East London tam təchizatlı kampusa malik olan az sayda London universitetlərindən biridir. Mədəniyyət, yaradıcılıq və karyera imkanları ilə dolu olan Universitetin yerləşdiyi Şərqi London Böyük Britaniyanın ən gənc, çoxmədəniyyətli hissələrindən biridir və buna görədir ki, məhz düntyanın müxtəlif yerindən gələn tələbələr bura daha tez uyğunlaşa bilir.

UEL tələbələrinə inkluziv, müxtəlif, yenilikçi və daim inkişafda olan təhsil, tədris mühiti təqdim edir.

University of East London 2021 Times Higher Education reytinq sıralamasında dünya universitetləri arasında 250-ci yerdə qərarlaşıb.

StudyNet Group, bütün proseslərdə beynəlxalq və yerli tələbələrə köməklik göstərməkdən hər zaman məmnundur. StudyNet Group-a müraciət edərək, ali təhsillə bağlı irəliləyişinizə böyük köməklik edən bir sıra xidmətlər və üstünlüklərdən yararlana bilərsiniz. Biz sizə qəbul prosesində dəstək göstərməklə yanaşı axtardığınız təhsil yoluna doğru istiqamətləndirəcəyik.

Online

© 2018 SNG, All Rights Reserved.