UEA-da Kinorejissorluq sessiyaları

Bazar ertəsi, 08 Noyabr 16:45

UEA-da Kinorejissorluq sessiyaları

Əlaqə

Onlayn

Kinoşünaslıq ilə yolunu davam etdirmək istəyən tələbələr bu görüşdə iştirak üçün dəvətlidirlər.

East Anglia Universiteti kinorejissorluqla bağlı məlumatlandırıcı görüş keçirir, universitetin akademiki, kinorejissor Patrick McGrady tələbələri sənədli filmlərin montajının bütün əsas məqamları və üsulları ilə tanış edəcək.

Bu sahəyə maraq göstərən və Kinoşünaslıq ilə yolunu davam etdirmək istəyən tələbələr bu görüşdə iştirak üçün dəvətlidirlər.

8 noyabr tarixində baş tutacaq bu interaktiv görüş tələbələrin mövzunu daha dərindən dərk etmələrini təmin etməklə yanaşı, onlara canlı onlayn universitet dərsliyinə daxil olub tanış olmaq və təcrübə keçmək imkanı verəcək. Bu qısa, lakin məlumatlandırıcı sessiyanın spikeri kinorejissor, İncəsənət, Media və Amerika Tədqiqatları Məktəbində Media istehsalı üzrə mühazirəçi Patrick McGrady olacaq.

Qeyd edək ki, tələbələr, müəllimlər, eləcə də təhsil müəssisələri əməkdaşları da görüşdə iştirak edə bilərlər. İştirak üçün rəsmi saytdan qeydiyyatdan keçmək zəruridir.

Hər hansı bir sualınız yaranarsa, bizimlə əlaqəyə keçə bilərsiniz. Studynet Group-un təcrübəli təhsil məsləhətçiləri sizi maraqlandıran bir sıra suallarda kömək etməyə hazırdır.

Onlayn

© 2018 SNG, All Rights Reserved.