UCL-də Açıq qapı günü

Bazar ertəsi, 17 Yanvar 12:00

UCL-də Açıq qapı günü

Əlaqə

Onlayn

Bu virtual məlumat sessiyası sizə magistr proqramlarında, eləcə də tədqiqat dərəcəsi proqramlarında tədris haqqında daha ətraflı məlumat əldə etməyə kömək edəcək.

Londonun qlobal universitetlərindən biri olan UCL 17-19 yanvar 2022-ci il tarixləri arasında "Məzunlar üçün Açıq Qapı Günü" tədbirinə ev sahibliyi edəcək.

Bu onlayn “Açıq qapı” günü seçim mərhələsi başlamazdan əvvəl tələbə və universitet heyətinin bir-biri ilə tanışlığı, tələbələrin suallarına cavab tapmaları və müxtəlif proqramlar haqqında daha ətraflı məlumat almaları üçün əla fürsətdir.

Yanvar ayı ərzində UCL daxilində fəaliyyət göstərən Menecment Məktəbi aşağıdakı tədbirlərə ev sahibliyi edəcək:

  • MSc Menecment və MSc Biznes Analitika üzrə Virtual Açıq qapı günü - 17 Yanvar
  • MSc Sahibkarlıq üzrə Virtual Açıq qapı günü - 18 Yanvar
  • MSc Maliyyə üzrə Virtual Açıq qapı günü - 19 Yanvar

İştirak üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

UCL dünyanın 260-dan çox universiteti ilə fəal tələbə mübadiləsi və tədqiqat əməkdaşlığına malikdir. Hazırlıq proqramının və bakalavr təhsilinin ilk illərində universitet əcnəbi tələbələri yataqxana ilə təmin edir.

Tələbələrin maraq dairələrinə uyğun seçdikləri proqram ilə bağlı müəyyən sualları yarana bilər və qərar mərhələsində lazım olan bütün məlumatların əldə edilməsi zəruridir. Bu virtual məlumat sessiyası sizə magistr proqramlarında, eləcə də tədqiqat dərəcəsi proqramlarında tədris haqqında daha ətraflı məlumat əldə etməyə kömək edəcək. Siz cari tələbələrdən və proqram rəhbərlərindən proqram və UCL ilə təhsil almağın real təcrübələri haqqında məlumat alacaqsınız. Qeyd edək ki, tədbirin sonunda sual-cavab sessiyası baş tutacaq.

Studynet Group sizə müraciət prosesində, tələbə vizalarının alınmasında, Böyük Britaniyada yaşayış yerlərinin bron edilməsində və orada qaldığınız müddət ərzində daimi dəstək də daxil olmaqla bütün proseslərdə sizə köməklik göstərəcək.

Onlayn

© 2018 SNG, All Rights Reserved.