Tibb bacılığı üzrə The University of Southampton vebinarı

Cümə axşamı, 22 Fevral 12:00

Tibb bacılığı üzrə The University of Southampton vebinarı

Əlaqə

Online

Universitet 2023-cü ildə “QS World Rankings” sıralamasına görə tibb bacılığı üzrə dünyada 6-cı yerdədir.

Universitet 2023-cü ildə “QS World Rankings” sıralamasına görə tibb bacılığı üzrə dünyada 6-cı yerdədir.

Tibb bacısı sahəsində karyera qurmaq istəyən tələbələr üçün Southampton Universiteti vebinar informativ vebinar təşkil edir.

Tarix: 22 fevral, cümə axşamı, 2024
Zaman: 13:25 PM - 14:30 PM (GMT+4)
Məkan: onlayn

Vebinarda iştirak etmək üçün linkə keçid edin.

Təhsil müəssisəsinin tibb fakültəsinin bakalavr, magistr və Ph.D. tələbələri ictimai sağlamlıq, allergiya, xərçəng, genomika, osteoporoz və qidalanma kimi müxtəlif sahələrdə tam təchizatllı tədqiqatlar apara bilirlər. “Southampton” Universiteti, xəstəxana şəraitində tədris aparan və pasiyent mərkəzli kurrikuluma sahib ölkə daxilindəki bir neçə tibb məktəbindən biridir.

Niyə “Southampton” Universiteti?
Orta əsrlərdən “Southampton” şəhəri Böyük Britaniya üçün dünya üzrə qlobal ticarət marşrutlarına əsas keçiddir. İngiltərə cənubunun mədəniyyət və ticarət paytaxtı kimi tanınan şəhər alış-veriş etmək, yemək yemək, sosiallaşmaq, idman və incəsənətdən həzz almaq üçün əla yerdir. “Southampton” ən yaşıl şəhərlərdən biridir və şəhərin mərkəzində bir neçə böyük park var.

130-dan çox fərqli ölkədən tələbələr ilə “Southampton” Universiteti özünün müxtəlif və multikultural icması ilə fərqlənir. Universitetin inklüziv kampus atmosferi qlobal öyrənmə mühitini daha yaxşı edir. Böyük Britaniyanın aparıcı tədqiqat universitetlərinin birliyi olan “Russell Group” üzvü kimi “Southampton” Universiteti tədris, tədqiqat və innovasiya sahəsində yüksək dərəcəyə sahibdir.

“Southampton” Universiteti Böyük Britaniyanın ən yaxşı tədqiqat universitetlərindən biridir, onun tədqiqatlarının 33%-i dünya üzrə qabaqcıl qiymətləndirilir.

Universitetinə qəbul göstəricisi 84% təşkil edir ki, bu da hər il 100 tələbədən 84-nün oraya qəbul olması deməkdir, əgər siz istədiyiniz təhsil proqramın bütün tələblərinə uyğun gəlsəniz, universitetə qəbul olma ehtimalınız yüksəkdir.
Studynet Group Böyük Britaniyanın tibb üzrə qabaqcıl universitetlərinin rəsmi əməkdaşı olaraq, Azərbaycanlı tələbələrin xaricdə təhsil arzularını gerçəkləşdirir.

Online

© 2018 SNG, All Rights Reserved.