"StudyNet Fall Fair 2022" - Xaricdə Təhsil Sərgisi

Cümə axşamı, 24 Noyabr 12:00

"StudyNet Fall Fair 2022" - Xaricdə Təhsil Sərgisi

Əlaqə

Baku, Azerbaijan

Beynəlxalq nüfuzlu universitetlər ilə görüşmək və gələcək istiqamətinizi müəyyən etmək fürsətini qaçırmayın!

Gələcək təhsillərini yüksək keyfiyyətli, beynəlxalq universitetlərdə davam etdirmək istəyən gənclərin nəzərinə!

Böyük məmnuniyyətlə diqqətinizə çatdırmaq istəyirik ki, StudyNet Group yenidən Beynəlxalq reytinqli təhsil müəssisələrini bir araya toplayacaq təhsil sərgisi təşkil edir!

StudyNet Group şirkəti uzun müddət fəaliyyət göstərdiyi illər ərzində Birləşmiş Krallığın, eləcə də AmerikaAvropanın ən qabaqcıl universitetləri ilə sıx əməkdaşlıqlar qurmuş və yaranan bu uğurlu tərəfdaşlıqlar sayəsində, Azərbaycanlı gənclərin yüksək səviyyəli beynəlxalq təhsil almasına dəstək vermişdir. Şirkətimizin 10 ildən artıq təcrübəyə sahib təhsil məsləhətçiləri sizə universitet və proqram seçimində yardımçı olmağa, həmçinin elmi göstəricilərinizə və xəyalını qurduğunuz ali təhsilə ən uyğun olan variantı seçməkdə köməklik göstərməyə hazırdırlar.

Aşağıda sadalanan beynəlxalq reytinqli universitetləri bir ünvanda toplayacaq Xaricdə Təhsil Sərgisi Hilton Baku Otelində keçiriləcəkdir. Sərgidə iştirak etməklə siz, Amerika, Böyük Britaniya, Hollandiya, İspaniya, İtaliya, İsveçrə, Kanada və digər ölkələrdən olan universitetlərin rəsmi nümayəndələri ilə birbaşa görüşə, sizə uyğun proqram seçimi haqqında, eləcə də, təhsil haqqı, endirimlər, proqram üstünlükləri və qazanacağınız təcrübə haqqında geniş məlumat ala bilərsiniz.

Hər il keçirilən xaricdə təhsil sərgisinin ən üstün tərəflərindən biri də ondan ibarətdir ki, burada tələbələr ilə yanaşı valideynlər də universitetlər və məktəblər haqqında məlumat alaraq doğru seçim etmək fürsəti qazanırlar.

Xaricdə Təhsil Sərgisində aşağıda sadalan universitetlər rəsmi şəkildə təmsil olunacaqdır:

  • University of Westminster
  • Heriot-Watt University
  • Kaplan International Pathways
  • Coventry University
  • MPW Colleges
  • Swiss Education Group
  • Berlin School of Business and Innovation (BSBI)
  • University of East London
  • EU Business School
  • Oxford International
  • David Game College
  • IMI International Management Institute
  • Hult International Business School
  • Swiss School of Business and Management Geneva
  • Webster University Geneva
  • University of Nottingham
  • University College London

Siz də StudyNet Group-un təşkilatçılığı ilə baş tutacaq Xaricdə Təhsil Sərgisində iştirak edərək sizin üçün doğru olan universiteti seçməyə tələsin. Nəzərinizə çatdıraq ki, qeydiyyat artıq açıqdır!

Tarix: 24 Noyabr, 2022-ci il
Saat: 12:00-dan 17:00-dək
Ünvan: Hilton Baku Hotel

Dünyanın reytinqli və yüksək təhsil keyfiyyətinə görə nüfuzlu keçmişə sahib olan universitetləri ilə görüşmək və gələcək istiqamətinizi müəyyən etmək fürsətini qaçırmayın!

Baku, Azerbaijan

© 2018 SNG, All Rights Reserved.