Study in TOP US University - University of South Florida

Çərşənbə axşamı, 19 Fevral 17:00

Study in TOP US University - University of South Florida

Əlaqə

Hilton Baku Oteli, 2-ci mərtəbə Firuzə zalı.

19 Fevral 2019-cu il saat 17:00-da keçiriləcək Amerikada Təhsil - South Florida universiteti görüş günündə iştirak edə bilərsiniz. İştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir. Prezentasiya zamanı universitet haqqında ətraflı məlumat əldə edəcəksiniz. Universitetin proqramları, yerləşdiyi ərazi, təhsil haqqı, endirim imkanları və digər əsas üstünlüklər barədə ətraflı məlumat veriləcəkdir.

19 Fevral 2019-cu il saat 17:00-da keçiriləcək Amerikada Təhsil - South Florida universiteti görüş günündə iştirak edə bilərsiniz. İştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir. Prezentasiya zamanı rəsmi nümayəndə xanım Rita Parker universitet haqqında ətraflı məlumat əldə edəcəksiniz. Universitetin proqramları, yerləşdiyi ərazi, təhsil haqqı, endirim imkanları və digər əsas üstünlüklər barədə ətraflı məlumat veriləcəkdir. South Florida universiteti Amerikanın ən çox turist ziyarəti olan Florida ştatında yerləşmişdir. Universitetin yerləşdiyi ərazi təhlükəsizlik və iqlim baxımından Azərbaycanlı tələbələr üçün çox uyğundur.

University of South Florida-nın əsası 1956-cı ildə Florida ştatının Tampa şəhərində qoyulmuşdur. USF Florida Dövlət Universitet Sisteminə üzv olan univeristetlərdən biridir. Universitetdə bakalavr, magistr, doktorantura və ixtisaslaşma kursları da daxil olmaqla 14 fakültədə 180-ə qədər kurs tədris olunur. 48 min tələbənin təhsil aldığı bu təhsil ocağı Florida ştatında 4-cü ən böyük dövlət tədqiqat universitetidir.
USF Carnegie Foundation tərəfindən ABŞ-da ən qabaqcıl tədqiqat unviersitetlərindən biri olaraq göstərilmişdir. Times Higher Education dünya universitetləri sıralamasına əsasən ilk 251-300-cü yerdə də qərarlaşmışdır. Milli tədqiqat universitetləri içərsində isə 25-ci yerə layiq görülmüşdür (National Science Foundation 2016).
University of South Florida-nın üç müasir və geniş sahəni əhatə edən kampusu vardır.

Tampa Campus, Universitetin mərkəzi binasını bu kampusda yerləşir. Mərkəzi kampus Tibb elmləri, Səhiyyənin təşkili, Əzcaçılıq, Jurnalistika və Media fakültəsinə ev sahibliyi edir.

St. Petersburg campusun 25 hektar ərazini əhatə edir. Kampusda kompleks təhsil resursları, geniş media təlimi, ifaçılıq sənətləri, idman və fitness mərkəzləri və kampus daxili yataqxana kimi imkanlar mövcuddur.

Sarasota-Manatee kampusu Siesta Key çimərliyinə yaxın ərazidə yerləşir. Kampus imkanları arasında müasir təchizatla təmin olunmuş tədris mərkəzləri, idman və fitness mərkəzləri və kampus daxili yataqxana yer alır.

Çox geniş məzun şəbəkəsinə sahib olan USF-də 124 müxtəlif ölkədən 228 mindən çox tələbə məzun olmuşdur. Universitet məzunları arasında dünyaca tanınmış elm adamları, incəsənət xadimləri, dövlət nümayəndələri və çox sayda Fullbright təqaüdçüləri vardır.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

Arxitektura
Biznes
Biologiya
MBA
Coğrafiya
Geologiya
Tarix
Menecment
Musiqi
İncəsənət
Liberal incəsənət
Komputer elmləri
Təhsil elmləri
Mühəndislik
Tibb elmləri
İngilis dili hazırılığı

Ünvan : Hilton Baku Oteli, 2-ci mərtəbə Firuzə zalı.

Hilton Baku Oteli, 2-ci mərtəbə Firuzə zalı.

© 2018 SNG, All Rights Reserved.