Staffordshire Universitetində Açıq Qapı günü

Şənbə, 20 Avqust 09:30

Staffordshire Universitetində Açıq Qapı günü

Əlaqə

On-Campus

Universiteti kəşf edəcəksiniz!

StudyNet Group son yenilikləri və tədbirlər haqqında elanları sizinlə bölüşməyə davam edir!

1914-cü ildə əsası qoyulan Staffordshire Universiteti zəngin akademik tədris metodları və geniş tələbə kollektivi ilə yerli və beynəlxalq tələbələrə dinamik imkanlar təklif edən yenilikçi təhsil müəssisəsidir.

Qarşıdan gələn “Açıq qapı” günü tədbirində universitet, akademik heyət, məzunlarla görüşmək və hazırkı tələbələrlə əlaqə qurmaq imkanı əldə edə bilərsiniz.

20 avqust tarixində Staffordshire Universiteti Açıq qapı günü tədbiri baş tutacaq. Tədbirdə iştirak üçün sorğu çox olacağından yerinizi əvvəlcədən rezerv etməyi məsləhət görürük.

Universitet tələbələrə Maliyyə və Mühasibatlıq, Hüquq, İncəsənət, Tibb, Mühəndislik, Təhsil kimi müxtəlif sahələr üzrə bakalavr, magistr, qısamüddətli kurslar təklif edir.

Təcrübəyə əsaslanan təhsil sistemi ilə tanınan universitet 2019-cu ildə mükəmməl öyrənmə və tədris standartlarını təmin etdiyinə görə TEF Gold (Tədris Mükəmməlliyi Çərçivəsi) mükafatını qazanmış, bununla da özünün təhsil keyfiyyətini bir daha sübut edərək bu gün dünyanın hər yerindən 20,000-dən çox beynəlxalq tələbə ev sahibliyi edir.

Beynəlxalq Açıq qapı günündə iştirak edərək siz də Univeritet ilə yaxından tanış olmaq istəyirsinizsə bu link vasitəsilə yerinizi rezerv edə bilərsiniz.

On-Campus

© 2018 SNG, All Rights Reserved.