SRH Berlin: B.A. Advertising and Brand Communication təhsil proqramı

Cümə, 01 İyul 16:00

SRH Berlin: B.A. Advertising and Brand Communication təhsil proqramı

Əlaqə

Online

B.A. Advertising and Brand Communication təhsil proqramı ilə tanış olun!

Gələcək ali təhsillərini Almaniyada almaq istəyən tələbələrin nəzərinə çatdıraq ki, ölkə bütövlükdə təhsilə böyük əhəmiyyət verir və bu, ölkədə daim ixtisaslaşan yüksək keyfiyyətli tədris metodunda özünü göstərir.

Yüksək təhsil şəraiti, beynəlxalq diqqət, şəxsi inkişaf və 3 şəhərdə (Berlin, Hamburq və Drezden) yerləşən 6 məktəbi ilə SRH Universitetini xaricdə təhsil istiqaməti olaraq seçməyiniz üçün olan səbəblərdən yalnız bəziləridir.

Hazırda universitet ilə yaxından tanış olmağınız üçün baş tutacaq “Açıq qapı həftəsi” geniş məlumat almağınız üçün əla fürsətdir. İyunun 27-dən iyulun 1-dək SRH Berlin birinci kurs tələbələrini universitetin imkanları ilə tanış etmək üçün müxtəlif universitet heyətinin iştirakı ilə vebinar təşkil edir. Bu tədbirdə iştirak etməklə siz Prof. Markus Ventenin təqdimatında B.A. Reklam və Brend Ünsiyyəti (B.A. Advertising and Brand Communication) təhsil proqramı ilə tanış olacaqsınız. Professor sizə proqram haqqında ətraflı məlumat verəcək və suallarınızı cavablandıracaq.

Bu məlumatlandırıcı tədbirdə iştirak etmək istəyirsinizsə, link vasitəsilə qeydiyyatdan keçin.

Almaniya beynəlxalq tələbələr üçün dünyanın ən yaxşı təhsil istiqamətləri sırasındadır və əgər siz karyeranızı bu ölkədə qurmaq istəyirsinizsə və ölkə xaricində təhsil istiqamətinizi müəyyən edə, necə başlayacağınızı bilmirsinizsə, StudyNet Group komandası sizin adınıza bu missiyanı üzərinə götürəcək.

Almaniyada təhsil ilə bağlı əlavə məlumat və digər təhsil seçimləri üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Xaricdə təhsil üzrə peşəkar məsləhətçilərimiz bütün suallarınızı cavablandıracaq və prosesdə sizə rəhbərlik edəcək.

Online

© 2018 SNG, All Rights Reserved.