Southampton Universitetindən elektronika və kompüter elmləri kursları

Bazar ertəsi, 02 Avqust 09:30

Southampton Universitetindən elektronika və kompüter elmləri kursları

Əlaqə

Online

Southampton Universiteti 2-6 avqust 2021-ci il tarixlərində onlayn formatda "Summer Taster" kursu həyata keçirir.

Yüksək akademik standartlar inşa edərək digər universitetlərlə xüsusi əlaqələr quran qabaqcıl Southampton Universiteti, dünyada elektronika fakültəsinə sahib olan ilk universitetlərdən biri olmuşdur.

Yüksək reytinqə sahib bu universitet QS Dünya Universitetləri Sıralamasında 2019-cu ilin göstəricilərinə əsasən top 100 universitet sırasına daxildir. Bununla yanaşı universitet ən yüksək təhsil və tədqiqat standartlarını qoruyan Russel Qrupun qurucularından biridir. Southampton Universiteti, elektronika, biotibbi mühəndislik təhsili almağı planlaşdıran tələbələr üçün elektronika və kompüter elmləri kursları təşkil edir.

Belə ki, mövcud pandemiya səbəbi ilə əlaqədar, universitet, “Summer Taster” kursunu 2-6 avqust 2021-ci il tarixlərində onlayn formatda həyata keçirəcəkdir.

Kompüter elmləri, mühəndislik və biotibbi mühəndislik ilə maraqlanan tələbələr kurslarda iştirak üçün dəvət olunur. Qeyd olunmalıdır ki, tələbələrin gələcək karyeralarında tətbiq edə bilmələri üçün bu sahələrdə xüsusi bacarıqlarla təchiz olunmaları planlanıb. Habelə, tələbələr təcrübəli müəllimlərlə qarşılıqlı əlaqə quraraq işləyə, universitetin laboratoriyalarına və yaşayış yerlərinə virtual gəzintilərdə iştirak edə bilərlər.

Kurs iki formatda baş tutacaq.
Təkmilləşdirilmiş kurs (Enhanced course), ənənəvi, bir həftəlik, mentorlu, kiçik qrup kursudur. İştirakçıların tələblərə cavab verdikləri halda müraciət formunu doldurmaları lazım gəlir. Bundan əlavə kursda iştirak haqqı £35 təşkil edir. Kursu başa vuran tələbələr sertifikat ilə təltif olunacaqlar.

İkinci kurs isə qlobaldır və heç bir müraciət formu tələb etməyərək, hər kəs üçün nəzərdə tutulmuşdur. İştirakçılar kurs vəsaitlər və slaydlar, mülahizə materialları ilə təmin olunacaqlar. Qeyd edək ki, iştirak üçün əlavə ödəniş tələb olunmur.

Qeydiyyatdan keçmək üçün buradan keçid edə bilərsiniz.

StudyNet Group şirkəti Britaniya universitetləri ilə uzunmüddətli qarşılıqlı əməkdaşlıq əlaqələri quraraq hər il olduğu kimi bu il də tələbələrə bu ölkənin nüfuzlu universitetlərində təhsil almalarında köməklik göstərməkdən məmnunuq hissi duyur.

Online

© 2018 SNG, All Rights Reserved.