Solent Universitetində Virtual Açıq qapı günü

Çərşənbə, 08 Dekabr 10:00

Solent Universitetində Virtual Açıq qapı günü

Əlaqə

Online

Tədbirdə tələbələr Magistr proqramları, müəllim heyəti haqqında daha çox məlumat əldə edə və Magistr təhsillərinin maliyyələşdirilməsi üçün universiteti təklif etdiyi təqüd növləri haqqında məlumat əldə edəcəklər.

Solent Universiteti daim innovativ təhsil müəssisəsi olaraq gələcək tələbələr üçün müxtəlif tədbirlər və açıq qapı günlərinə ev sahibliyi edir.

Universitet, Böyük Britaniyanın dəniz sənayesində yüksək ixtisaslı və təcrübəli universiteti olmaqla yanaşı, xüsusilə dizayn, texnologiya, coğrafiya, incəsənət, tarix, kino, media və mədəniyyət, hüquq proqramları da təklif edir. Solent Universitetinin həmçinin Nottingham Trent Universiteti tərəfindən təsdiqlənmiş bir sıra proqramları var.

Solent Universiteti kompozit laboratoriyaları, istehsal laboratoriyaları, bəzi musiqi studiyaları və bir sıra başqa labaratoriya ikanları ilə tanınır.

Keçiriləcək olan virtual "Açıq qapı" günü Solent Universitetində magistr təhsili almaq istəyən hər kəs üçündür.

Qeyd edək ki, tədbirdə tələbələr Magistr proqramları, müəllim heyəti haqqında daha çox məlumat əldə edə və Magistr təhsillərinin maliyyələşdirilməsi üçün universiteti təklif etdiyi təqüd növləri haqqında məlumat əldə edəcəklər.

Tədbir dekabrın 8-i 2021-ci il tarixində baş tutacaqdır. Əlavə məlumat almaq üçün universitetin rəsmi internet hesabına daxil ola bilərsiniz.

StudyNet Group şirkəti universitetin beynəlxalq tərəfdaşlarından biri olaraq əcnəbi və yerli tələbələrə qəbul prosesində və bir sıra başqa addımlarda kömək göstərir.

Online

© 2018 SNG, All Rights Reserved.