Solent Universitetində Mühəndislik ixtisası

Bazar ertəsi, 01 Noyabr 21:30

Solent Universitetində Mühəndislik ixtisası

Əlaqə

Onlayn

Solent Universiteti gələcək tələbələri mühəndislik fakültəsinin rəhbəri Jonathan Ridley ilə baş tutacaq vebinara dəvət edir.

Solent Universiteti gələcək tələbələri mühəndislik fakültəsinin rəhbəri Jonathan Ridley tərəfindən keçiriləcək mühəndislik sənayesi haqqında daha çox məlumat əldə edəcəyiniz vebinara dəvət edir.

Tələbələr görüşdə suallarına cavab tapacaq, eləcə də mühəndisliyin iqlim dəyişikliyinə, texnoloji irəliləyişlərə necə uyğunlaşdığı haqqında məlumat alacaq, həmçinin Solent Universitinin bu yolda öz gələcək tələbələrinin həll yollarını tapmalarında nə üçün zəmanət verdiyi haqqında məlumat alacaqlar.

Tədbir noyabrın 1-də saat 21:30-dan 22:30-a qədər GST vaxtı ilə onlayn olaraq keçiriləcəkdir.

Solent Universiteti müəyyən kommersiya qurumları ilə əməkdaşlıq edən innovativ bir universitetdir. Universitet, xüsusilə Böyük Britaniyanın dəniz sektorunda yüksək ixtisaslı və təcrübəli bir təhsil müəssisəsi olmaqla yanaşı dizayn, texnologiya, coğrafiya, incəsənət, tarix, kino, media və mədəniyyət, hüquq və bir sıra sahədə geniş akademik təhsil təklif edir. Həmçinin universitetdə mühəndislik ixtisası üzrə inkişaf etmiş fakültələr də vardır.

Bunlardan əlavə, 2015-ci ildə universitet Times Higher Education mükafatlarında "Ən Yaxşı Tələbə Təcrübəsi" mükafatının da sahibi olmuşdur.

Bu qısa, lakin məlumatlandırıcı tədbirdə iştirak etmək istəyirsinizsə, buradan qeydiyyatdan keçin.

StudyNet Group xaricdə təhsil şirkəti olaraq, hər bir gəncə seçdiyi ixtisas üzrə sevdikləri ölkədə təhsil almağa yaxından yardımçı olur.

Onlayn

© 2018 SNG, All Rights Reserved.