SNG Spring Fair 2023 könüllüsü ol!

Şənbə, 11 Mart 12:00

SNG Spring Fair 2023 könüllüsü ol!

Əlaqə

Baku, Azerbaijan

Beynəlxalq sərgidə könüllü olaraq üfüqlərini genişləndirmək istəyirsən?

Beynəlxalq sərgidə könüllü olaraq üfüqlərini genişləndirmək istəyirsən?

StudyNet Group "Studynet Xaricdə Təhsil sərgi-yarmarkası 2023" üçün könüllü qəbulunu elan edir!

Uzun zamandır gözlədiyiniz könüllülük proqramına qeydiyyat başladı!

StudyNet Group şirkəti uzun müddət fəaliyyət göstərdiyi illər ərzində Birləşmiş Krallığın, eləcə də Amerika və Avropanın ən qabaqcıl universitetləri ilə sıx əməkdaşlıqlar qurmuş və yaranan bu uğurlu tərəfdaşlıqlar sayəsində, Azərbaycanlı gənclərin yüksək səviyyəli beynəlxalq təhsil almasına dəstək vermişdir.

Hər il keçirilən "Xaricdə Təhsil" sərgisində könüllü fəaliyyətin ən üstün tərəflərindən biri də ondan ibarətdir ki, burada gənclər beynəlxalq universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyətdə olmaqla, öz xarici dil bacarıqlarını, ünsiyyət qabiliyyətlərini, sosial çevrələrini genişləndirmək fürsəti əldə edirlər.

Tədbir 11 mart 2023-cü il tarixində Landmark Baku-da baş tutacaq. Qeydiyyatdan keçən müraciətçilər treyninq üçün mərkəzə dəvət olunacaq.

Könüllülər sonda rəsmi sertifikat ilə təltif olunacaqlar.

Kimlər müraciət edə bilər:

  • 18-24 yaş aralığındakı gənclər;
  • Beynəlxalq tədbirlərdə iştirak etməyə motivasiyalı gənclər;
  • Aktiv könüllülük fəaliyyətinə sahib kreativ gənclər;
  • Ünsiyyət və komandada işləmək bacarığına sahib gənclər;
  • İngilis dili biliyi əsas amillərdəndir.

Müraciət üçün son tarix: 7 Mart 2023-cü il, saat 23:59

Qeydiyyatdan keçməyə tələsin! Yerlər məhduddur.

Baku, Azerbaijan

© 2018 SNG, All Rights Reserved.