Saint-Charles Kollec & Lisey - Middle Years Program

Cümə, 18 Mart 11:00

Saint-Charles Kollec & Lisey - Middle Years Program

Əlaqə

Online

Beynəlxalq Bakalavriatın Orta Təhsil Proqramı və üstünlükləri

İsveçrənin Porrentruy şəhərindəki Kollec & Lisey Saint-Charles mart və aprel aylarında müxtəlif təhsil mövzularında bir sıra vebinarlar təşkil edir.

Baş tutacaq ikinci vebinarda Beynəlxalq Bakalavriatın Orta Təhsil Proqramına (MYP) diqqət yetiriləcək, eləcə də onu IGSCE-lərlə müqayisə edərək ətraflı məlumat veriləcəkdir.

Bu təqdimatda Orta Təhsil Proqramının (MYP) Koordinatoru, IB-də geniş təcrübəyə malik olan və eyni zamanda Saint-Charles Kolleci və Liseyinin məzunu olan cənab Yoshua Zimmerman çıxış edəcəkdir. Vebinar sual-cavab sessiyası ilə davam edəcək. Burada tələbələr və valideynlər onları maraqlandıran mövzularda bütün suallarına cavab tapa bilərlər.

Valideyn və tələbələr bu məlumatlandırıcı vebinarda iştirak üçün dəvətlidirlər. 18 mart 2022-ci il, cümə günü İsveçrə vaxtı ilə saat 11:00-da vebinarda iştirak edə bilərsiniz. Tədbir Microsoft Teams platformasında onlayn şəkildə keçiriləcəkdir.

StudyNet Group beynəlxalq tələbələrə qəbul prosesində, tələbə vizasının alınmasında, yaşayış yerlərinin bron edilməsində və digər əlaqəli xidmətlərdə kömək etməkdən məmnundur. Suallarınızı birbaşa [email protected] mail ünvanına yönləndirə bilərsiniz.

Online

© 2018 SNG, All Rights Reserved.