RHUL-da Açıq Qapı Günü

Çərşənbə, 08 Dekabr 15:00

RHUL-da Açıq Qapı Günü

Əlaqə

Online

Böyük Britaniyanın qabaqcıl intensiv tədqiqat universitetlərindən biri olan Royal Holloway tələbələrini akademik, sosial və şəxsi baxımdan uğur qazanmaq üçün daim dəstəkləməyə çalışır.

London Royal Holloway Universiteti 8 dekabr 2021-ci il tarixində Bakalavr dərəcəsi üzrə Açıq Qapı günü təşkil edir.

Böyük Britaniyanın qabaqcıl intensiv tədqiqat universitetlərindən biri olan Royal Holloway tələbələrini akademik, sosial və şəxsi baxımdan uğur qazanmaq üçün daim dəstəkləməyə çalışır.

Qeyd edək ki, Universitet tələbələri tərəfindən xüsusən yüksək qiymətləndirilir. 2018-ci ildə keçirilən Milli Tələbə Sorğusunda ümumi məmnunluq faizi 87% təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən 4% yüksəkdir. Bu, həm də Universitetin keçirilən sorğuda 22 Russell Qrup universitetləri arasında 19-dan yüksək bal toplamağına gətirib çıxartdı.

Royal Holloway-də alınan təhsil tədqiqata əsaslanan tədrisə diqqət yetirməklə birbaşa dünya ekspertlərindən təhsil almaq imkanını təqdim edir.

Gələcək tələbələr həmçinin bu tədbirdə akademiklər, əməkdaşlar, professor-müəllim heyəti ilə görüşmək fürsəti əldə edəcəklər. Həmçinin, onlar hazırkı tələbələrlə də danışmaq imkanı əldə edərək Royal Holloway-də təhsil almağın üstünlükləri haqqında real məlumat toplayacaqlar.

8 dekabr, Çərşənbə günü keçiriləcək bu Onlayn Açıq qapı gününə qoşulmaq istəyən tələbələr bu link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

StudyNet Group aparıcı RHUL tərəfdaş agentliklərindən biri olaraq tələbələrimizə təhsil yollarında kömək etməkdən məmnunuq duyuruq.

Online

© 2018 SNG, All Rights Reserved.