Tarix: 18 İyun, 2020
Məkan: Onlayn
Saat: 19:00-22:00 (Bakı vaxtı ilə)
Qeydiyyat linki: https://www.regents.ac.uk/events/virtual-open-day-2020
Bu gün dünyanın bir çox nüfuzlu universitetləri beynəlxalq tələbələrdə universitet kampusundakı tələbə həyatının necə olması ilə bağlı təəssürat yaratmaq məqsədilə virtual açıq günlər təşkil edir. Londonun Regents Universiteti hər il ənənəvi olaraq tələbələrə universiteti daha yaxşı tanıtmaq üçün unikal şans verən açıq qapı günü keçirir. Onlayn tədbir zamanı siz yaşıllıqla dolu gözəl universitet kampusunu, sinif otaqlarını və kitabxananı virtual olaraq gəzəcək, bütün avadanlıqları görəcək və Regentsdə bir neçə saat ərzində tələbə həyatı yaşayacaqsınız. Vebinarda iştirak etməklə beynəlxalq komanda ilə canlı söhbət edərək universitet və kurslar haqqında sizə maraqlı olan istənilən mövzu ilə bağlı məlumat əldə edə bilərsiniz.
Universitet haqında daha ətraflı
Əsası 1984-cü ildə qoyulan, kampusu kral Regents Parkı və Marlibonda yerləşən Regents Universiteti Londonun yeganə müstəqil, qeyri-kommersiya universitetidir. Universitet yüksək səviyyəli tədqiqat universiteti kimi inkişaf etmək niyyətindədir. Regents universiteti tələbələrə biznesdən tutmuş moda sahəsinə qədər müxtəlif tədris proqramları təklif edir. Fakultələr Biznes və Menecment, Moda və Dizayn, Film, Media və Performans, Liberal incəsənət və Humanitar elmlər, Psixoterapiya və Psixologiya, İngilis dili kursları kimi qruplaşdırıla bilər.
Regents Universiteti özlərinin təqdimatında:
İnsanlarımız: Regent Universiteti dünyanın istənilən yerindən gələn insanların görüş məkanıdır. 140-dan çox millətin təmsil olunduğu kampusumuz ilə İngiltərənin müxtəlif millət tərkibinə mənsub olan universitetlərindən biriyik.
Missiyamız və dəyərlərimiz: Mövcud olmağımızın səbəbi və missiyamız gələcəyin qlobal liderlərinin inkişafına təkan verməkdir. Hədəfimiz beynəlxalq səviyyədə məlumatlı, yenilikçi və işləmək üçün yararlı məzunların inkişafı üçün yüksək keyfiyyətli tədris mühiti təmin etməkdir.
Akademik heyətimiz: Öz sahələri üzrə mütəxəssis olan akademik heyətimiz eyni zamanda real təcrübələri olan şəxslərdir.
StudyNet Group şirkəti artıq neçə illərdir ki, Regents universiteti ilə əməkdaşlıq edir və xaricdə təhsil təcrübəsini bu universitetdə yaşamaq istəyən tələbələrə ərizələrin hazırlanması, Londonda yaşayış yerlərinin təşkili və vizanın əldə olunmasında yaxından köməklik edir.