8 noyabr tarixində Queen Mary University of London tərəfindən "Girls in Maths" mövzusunda tədbir təşkil edilir.
Mühazirə özündə iki sınaq təqdbirini birləşdirir və ümumilikdə universitetə keçid mərhələsi, gələcək karyera müzakirələrini əhatə edəcək.
Tədbirin spikerləri Lei Fang və Katy Clough olacaq və onlar riyaziyyatın qızlara necə təsir edə biləcəyini müzakirə edəcəklər. "Girls in Maths" tədbiri riyaziyyatda fəal və uğurlu qadınlarla görüşmək və söhbət etmək imkanı verir. Qeyd edək ki, əvvəlki görüşlərin iştirakçıları bu fürsəti faydal hesab edirlər. Tədbir karyeralarının əvvəllərində olan qadın riyaziyyatçılarına karyeralarının növbəti mərhələlərini nəzərdən keçirərkən kömək etmək məqsədi daşıyır və adətən panel müzakirələri, sosial imkanlar və şəbəkələşmə ilə birlikdə riyazi danışıqları əhatə edir.
Queen Mary universiteti 27 min tələbə heyəti və Russell Group tərəfindən təqdim olunan 5 kampusla Birləşmiş Krallığın qabaqcıl tədqiqat universitetlərindəndir.
Universitet 240-dan çox bakalavr, post-bakalavr və tədqiqat istiqamətləri üzrə tədris proqramları təklif edir, həmçinin nümunəvi təhsil prossesi və məzunlarının işlə təmin olunma qabiliyyətinə görə də qabaqcıl yerdədir. QMUL humanitar, sosial elmlər, mühəndislik, tibb və stomatologiya ixtisasları üzrə özünəməxsus mövqeyə malikdir.
İştirak üçün buradan qeydiyyatdan keçə bilərsiniz.
London Queen Mary universitetinin Azərbaycanda rəsmi tərəfdaşı StudyNet Group şirkəti tələbələrə xaricdə təhsilin bütün aspektləri üzrə xidmətlər təqdim edərək, sizin proqram seçimi, rəsmi sənədlərin toplanması, qəbul ərizələrinin hazırlanması və təqdim olunması, xaricdə yaşayış yerlərinin təşkili və vizanın əldə olunması məsələlərinizi həll etməkdə yaxından köməklik göstərməyə hər zaman hazırdır.