Londonun Queen Mary Universiteti bakalavr təhsil pilləsi üzrə universitetin təklif etdiyi proqramlarla maraqlanan gələcək tələbələr üçün müxtəlif proqramlar haqqında silsilə seminarlar keçirməyi planlaşdırır. İlk belə seminar 25 iyun tarixində baş tutacaq və Biokimya və biologiya elmləri, Biotibbi elmlər, Kimya, Materiallar, Riyazi elmlər, Fizika və Psixologiya sahələrini əhatə edəcək. Fərqli mövzular üzrə keçiriləcək tədbirlər 3 iyul tarixinə qədər aşağıdakı xronologiya ilə davam edəcək.
26 iyun 2021 – Aerokosmik mühəndislik, Biotibbi mühəndislik, Kimyəvi mühəndislik, Komputer elmləri, Dizayn və Kreativ hesablama, Elektronika mühəndisliyi, Mexanika mühəndisliyi, Robot texnologiyası, Davamlı mühəndislik.
1 iyul - 2 iyul 2021 – Stomotologiya, Tibb
2 iyul 2021 – Müqayisəli ədəbiyyat, İqtisadiyyat və Maliyyə, Film, Dil və Mədəniyyət, Linqvistika, Siyasət və Beynəlxalq əlaqələr.
3 iyul 2021 – Biznes və İdarəetmə, Dram, İngilis dili, Tarix, Coğrafiya və Ətraf mühit elmləri, Hüquq.
Tədbir iştirakçılarına univeristetin təklif etdiyi tədris proqramları üzrə ətraflı məlumat təqdim olunacaq, həmçinin, hazırda universitetdə təhsil alan tələbələr və universitet heyəti ilə canlı ünsiyyət qurmaq imkanı yaradılacaq, universitet kampusu və London şəhəri üzrə turda iştirak etmək şansı veriləcək.
Seminarlar həm online formatda həm də kampus şəraitində təşkil olunacaq və bütün iştirakçılar virtual olaraq paylaşılan resursları əldə edə biləcəklər.
Kampus tədbirinə qatılan iştirakçılarda Covid-19 pandemiyasının tələblərinə ciddi şəkildə riayət etmək tələb olunur. Şərtlər və Tələblər
İştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir!!
Qeydiyyat
Queen Mary University of London aparıcı tədqiqat universitetlərindən bir kimi Birləşmiş Krallıq üzrə 13-cü yerdə durur. Universitetin Birləşmiş Krallıq, Avropa və Asiyada yerləşən 5 kampusu faəliyyət göstərir.
StudyNet Group şirkəti universitetin rəsmi əməkdaşı olaraq, təhsillərini bu universitetdə davam etdirmək istəyən tələbələrə proqram seçimi, ərizə formalarının və müvafiq sənədlərin hazırlanması, ərizələrin universitetə təqdim olunması və qəbul məktubunun əldə edilməsi, həmçinin tələbə vizasına müraciət və universitetə yaxın yaşayış yerlərinin bron edilməsində yaxından köməklik göstərir.