QMUL təhsil istiqamətinizdə sizə dəstək göstərməkdə davam edir

Çərşənbə, 20 Aprel 12:00

QMUL təhsil istiqamətinizdə sizə dəstək göstərməkdə davam edir

Əlaqə

Onlayn

Tədbirə qoşularaq hazırki tələbələrin məsləhət və təcrübəsindən yararlanın.

Queen Mary University of London ali təhsilinizlə bağlı seçim etmənizdə naviqasiya rolunu oynayacaq onlayn vebinarlar silsiləsinə aprel ayında da davam edir.

Bir-birindən maraqlı və informasiya ilə zəngin vebinarların təşkil edilməsində əsas məqsəd xaricdə ali təhsil almağa hazırlaşan tələbələrə qəbul prosesinin müxtəlif mərhələlərində dəstək olmaqdır. Baş tutacaq vebinarlarda əsas aparıcı qüvvə Queen Mary Universitetinin hazırkı tələbələri olduğu üçün siz burada iştirak etməklə onların məsləhət və təcrübələrindən faydalana bilərsiniz. Bildiyiniz kimi xaricdə təhsil almağa qərar verməzdən öncə buna psixoloji baxımdan nə dərəcədə hazır hiss etdiyinizdən əmin olmalısınız. Təhsil həyatınızın uğurlu olmasını istəyirsinizsə, bunda yeni mühitə uyğunlaşma bacarığınızın, yeni insanlarla tanışlıq və ünsiyyət qura bilmək bacarığınızın da böyük rolu var.

Bunu nəzərə alaraq, Queen Mary Universiteti tərəfindən 20 aprel tarixində baş tutacaq “How I made friends at University” adlı onlayn vebinarı diqqətinizə çatdırırıq.

Bu onlayn vebinarda universitet mühitində necə yeni tanışlıqların və dostluq münasibətlərinin qurulması, maraq və dünyagörüşünüzün oxşar olduğu insanları harada və necə tapa biləcəyiniz barəsində söhbətə qoşula bilərsiniz. Sizdən daha öncə universitet həyatının bu mərhələsindən keçmiş gənclərə suallarınızı ünvanlayaraq onların cavabları əsasında fikir sahibi ola biləcəksiniz.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:
https://app.geckoform.com/public/#/modern/FOEU024acDFEarIG

QMUL tərəfindən təklif olunan proqramlar, tələblər, müraciət prosesi və digər suallarınız yarandığı halda, peşəkar məsləhətçilərimizlə əlaqə saxlayaraq asanlıqla cavab tapa bilərsiniz. StudyNet Group London Queen Mary Universitetinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. StudyNet Group-un tələbəsi olaraq bir çox üstünlüklərdən yararlana bilərsiniz.

Onlayn

© 2018 SNG, All Rights Reserved.