London Queen Mary Universiteti 2022-ci ildə universitetin təklif etdiyi yeni proqramların əsas sahələrinə diqqət yetirməklə onlayn olaraq təklif ediləcək bir sıra vebinarlar təşkil edir.
Bu, Queen Mary-də təhsil haqqında universitetin akademik heyətindən, həm keçmiş, həm də indiki tələbələrdən və tələbə dəstək qrupundan məlumat almaq üçün əla fürsətdir.
Biznes və İdarəetmə Məktəbi 21 mart 2022-ci il tarixində saat 10:00-dan 11:00-dək (Böyük Britaniya vaxtı ilə) 5 yeni MSc Marketinq proqramı üzrə tələbələr üçün virtual sessiya keçirəcək.
Bu proqramlar arasında beynəlxalq tələbələr arasında məşhur olan seçimlər də yer alır:
- MSc Rəqəmsal Marketinq
- MSc Beynəlxalq Marketinq və Biznes Strategiyaları
- MSc Beynəlxalq Marketinq və İstehlakçı Psixologiyası
- MSc Marketinq və Rəqəmsal Analitika
- MSc Marketinq və Rəqəmsal Kommunikasiyalar
Tədbir üçün buradan qeydiyyatdan keçə bilərsiniz.
StudyNet Group London Queen Mary Universitetinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. StudyNet Group xidmətlərindən istifadə etməklə siz ali təhsillə bağlı irəliləyişinizə böyük köməklik göstərən bir sıra xidmətlərdən yararlanmış olacaqsınız. Biz sizə qəbul prosesində köməklik etməklə axtardığınız təhsil yolunda da doğru istiqamətləndirəcəyik.