Qlobal imkanlardan yararlanın: Simon Fraser Universiteti ilə Virtual Seminar

Çərşənbə, 10 Yanvar 08:00

Qlobal imkanlardan yararlanın: Simon Fraser Universiteti ilə Virtual Seminar

Əlaqə

Onlayn

Simon Fraser Universitetinin abituriyentlər üçün təşkil olunan virtual seminarı Kanadaya səyahətinizdə sizə bələdçilik edəcək.

Gözəl və rəngarəng Vankuver şəhərində ali təhsil almaq arzusundasınız?

Simon Fraser Universitetinin abituriyentlər üçün təşkil olunan virtual seminarı Kanadaya səyahətinizdə sizə bələdçilik edəcək.

Kanadada təhsil almaq istəyən beynəlxalq tələbələr üçün əla fürsət olan virtual seminar Kanada universitetlərinə necə müraciət ərizəsi doldurmaq və nələrə diqqət etmək lazım olduğu barəsində birbaşa peşəkar ekspert və cari beynəlxalq tələbələrlə əlaqə qurmağınıza yardımçı olacaq.

Simon Fraser (SFU) Burnabi, Britaniya Kolumbiyası və Kanadada yerləşən dövlət tədqiqat universitidir, belə ki, üç kampusa malik universitetin əsas kampusu Burnabidə, digər iki kampus isə Surrey və Vankuverin mərkəzində fəaliyyət göstərir.
1965-ci ildə yaradılan, səyyah və tacir Simon Fraser adını daşıyan universitet təhsil və tədqiqata innovativ və fənlərarası yanaşması ilə tanınır. Kreativ yazı, kinomatoqrafiya, biznes idarəetməsi və mühəndislik sahələrində güclü proqramları ilə məşhurlaşan təhsil müəssisəsi incəsənət və sosial elmlər, biznes, rabitə, səhiyyə elmləri, tətbiqi elmlər və müxtəlif fənlər üzrə geniş spektrli bakalavr və magistr proqramları təklif edir.

Dayanıqlı enerji, tibb elmləri, data analitika, “yaşıl texnologiya” və yerli tədqiqatlara kimi sahələr böyük diqqət bəsləyən çoxsaylı araşdırma mərkəzləri və institutlara ev sahibliyi edən SFU, üstəlik, öz fakültələri və şöbələri arasında fənlərarası tədqiqat və əməkdaşlığı təşviq edir. Universitet “SFU Innovates initiative”, “The Beedie School of Business' Venture Connection”, and “The Charles Chang Institute for Entrepreneurship” kimi sahibkarlıq proqramları ilə dünya üzrə rəqib tanımır.

Saymon Frazer Universiteti ilə gələcəyə doğru ilk addımı atmaq üçün qeydiyyatdan keçin.
• Tarix: Çərşənbə, 10 yanvar 2024-cü il
• Saat: 08:00 PST – 09:00 PST (Kanada Saat Qurşağı)
• Məkan: Onlayn
• Qeydiyyat üçün keçid edin.

Müxtəlif tələbə klubları, təşkilatları və tədbirləri, ümumilikdə aktiv kampus həyatı ilə məşhur universitet ardıcıl olaraq Kanadanın və dünyanın ən yaxşı təhsil müəssisələri arasında yer alır. Akademik mükəmməlliyə, innovasiyaya, inklüzivliyə və ictimaiyyətlə əlaqəyə sadiqliyi ilə tanınan universitet Kanada Universitetləri və Kollecləri Assosiasiyasının və Birlik Universitetləri Assosiasiyasının üzvüdür.

Universitet beynəlxalq institutlarla möhkəm əlaqələrə malikdir, bununla tələbələrə mübadilə proqramları və ya beynəlxalq təcrübə vasitəsilə xaricdə təhsil almaq imkanları təklif edir, həmçinin tədqiqat layihələri və təşəbbüsləri üzrə beynəlxalq tərəfdaşlar və kooperasiyalar ilə əməkdaşlıq edir.

Simon Fraser Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi StudyNet Group sizə qəbul prosesində, tələbə vizasının alınmasında və Kanadada yaşayış yerlərinin bron edilməsində köməklik göstərməyə hər zaman hazırdır.

Onlayn

© 2018 SNG, All Rights Reserved.