Plymouth İncəsənət Kollecindən onlayn sessiyalar

Çərşənbə, 11 Avqust 13:00

Plymouth İncəsənət Kollecindən onlayn sessiyalar

Əlaqə

Onlayn

Plymouth İncəsənət Kolleci həm rəqəmsal, həm də kampus daxili “Yaz Bacarıqlar” sessiyalarını təşkil edir. Sessiyanın əsas məqsədi iştirakçıların yaradıcı tərəflərini tapmalarına kömək etməkdir.

StudyNet şirkəti sizi Plymouth İncəsənət Kollecinin həyata keçirtdiyi Yay Bacarıqlar Sessiyasında (Summer Skills Session) iştirak etməyə dəvət edir.

1856-cı ildə əsası qoyulmuş Plymouth İncəsənət Kolleci özünün görkəmli nailiyyətləri, yaradıcılıq təlimi, pedaqoji yenilikləri və yaradıcılıq fəaliyyəti ilə tanınır. Kollec moda və toxuculuq dizaynı, animasiya və oyunlar, illüstrasiya, keramika, fotoqrafiya, və s. kimi bir sıra müxtəlif sənət sahələrində proqramlar təklif edir. Bütün dərslər ixtisaslı rəssamlar, dizaynerlər, eləcə də təcrübəli akademik heyət tərəfindən tədris olunur.

Mövcud pandemiya dövründə kollec tələbələrə və gənclərə intensiv onlayn vebinarlar, sessiyalar və tədbirlər təşkil etməyə davam edir. İngiltərənin Cənub-Qərbində ilk incəsənət təhsil mərkəzlərindən biri hesab olunan Plymouth İncəsənət Kolleci bu dəfə bu addımı öz üzərinə götürərək həm rəqəmsal, həm də kampus daxili “Yaz Bacarıqlar” sessiyalarını təşkil edir. Sessiyanın əsas məqsədi iştirakçıların yaradıcı tərəflərini tapmalarına kömək etməkdir. Habelə iştirakçılar yaradıcılıq praktikasını təkmilləşdirməklə yanaşı yeni bacarıqlar öyrənmək imkanı da əldə edəcəklər.

Belə ki, 4 august 2021-ci il tarixində “Fab Lab Worskshop Taster” sessiyası baş tutacaq. İştirakçılar Fab Lab mütəxəssisi Ben Mundi tərəfindən 3D çap proqramı ətrafında davam edən vörkşopdan böyük təcrübə qazanaraq ayrılacaqlar. Qeyd olunmalıdır ki, sözü gedən sessiya şəbəkə qurmaq, 3D prosesi ilə tanış olmaq və FAB haqqında daha çox məlumat əldə etmək üçün gözəl bir fürsətdir.

Növbəti baş tutacaq sessiya “Öz işinin fotoşəkilini çək” adlanır və 11 avqust tarixində keçiriləcəkdir. Seminarın spikeri texniki nümayişçi Stiven Qrin olacaq və o, öz işinizin fotoşəkillərini çəkmək üçün məsləhətlər, xüsusi yanaşmalar və təlimatlar verəcək.

Sessiyalarda 16 yaşdan yuxarı, sadalanan sahələrdə ali təhsil almaq istəyən gənclər üçün nəzərdə tutulub.

Sessiya: FABLab Workshop Taster
Tarix: 4 avqust 2021-ci il
Qeydiyyat üçün buraya klik edin.

Sessiya: Photographing Your Own Work
Tarix: 11 avqust 2021-ci il
Qeydiyyat üçün buraya klik edin.

StudyNet Group şirkəti artıq uzun illərdir ki universitetlərə ərizələrin hazırlanması və təqdim olunmasında yaxından köməklik etməklə tələbələrin ali təhsil almalarına köməkçi olur. Proqram seçimi, ərizələrin təqdim olunması, xaricdə qalmaq üçün yaşam yerlərinin seçilməsi, viza dəstəyi kimi bir sıra xidmətlər təklif edərək şirkətimiz sizin üçün bütün prossesi asanlaşdırmaq imkanı yaradır.

Onlayn

© 2018 SNG, All Rights Reserved.