Oxford Brookes University: Bakalavr dərəcəsinə hazırlıq görüşü

Cümə, 14 İyun 10:00

Oxford Brookes University: Bakalavr dərəcəsinə hazırlıq görüşü

Əlaqə

Online

Universitet 14 iyun tarixində bakalavr dərəcəsində təhsil almaq tələbələr ilə onlayn görüşəcək.

Oksford Brookes Universiteti Böyük Britaniyanın qabaqcıl müasir universitetlərindən biridir və beynəlxalq reputasiyaya malikdir.

Universitet 14 iyun tarixində bakalavr dərəcəsində təhsil almaq tələbələr ilə onlayn görüşəcək.

Oksford Brookes Universiteti İngiltərənin Oksford şəhərində yerləşən kollegial tədqiqat universitetidir. Təhsil müəssisəsi “QS World University Rankings 2023”-də 4-cü yerdə qərarlaşıb.

Tarix: 14 İyun 2024
Məkan: onlayn
Qeydiyyat üçün linkdən keçid edə bilərsiniz.

Universitet 1865-ci ildə Oksford İncəsənət Məktəbi kimi yaradılmış və 1992-ci ildə universitet statusu qazanmışdır. Universitetin kampusu Oksfordun ətrafı olan “Headington”da yerləşir və canlı tələbə icmasına ev sahibliyi edir. Kampusda kitabxanalar, idman qurğuları və tələbə yataqxanası da daxil olmaqla tələbələrin rahatlığı üçün düşünülmüş infrastruktur var.

Oxford Brookes Universitetində dörd əsas fakültə var:

  • Biznes Məktəbi
  • Sağlamlıq və Həyat Elmləri Fakültəsi
  • Humanitar və Sosial Elmlər Fakültəsi
  • Texnologiya, Dizayn və Ətraf Mühit Fakültəsi

Oxford Brookes Universiteti 140-dan çox ölkədən tələbələrə müxtəlif bakalavr və aspirantura kursları təklif edir.

  • Biznes və İdarəetmə
  • Mühəndislik
  • Kompüter Elmləri və İnformasiya Texnologiyaları
  • Səhiyyə
  • Memarlıq və Şəhər Dizaynı
  • Təhsil
  • Psixologiya
  • Hüquq
  • Beynəlxalq Münasibətlər
  • Media və Kommunikasiya

Vebinarda həmçinin sual-cavab sessiyası baş tutacaq ki, iştirakçılar interaktiv sorğuda iştirak edəcək, təhsil almaq istədikləri sahə üzrə məlumat əldə edəcəklər. Oksford Brookes Universiteti tədqiqat və innovasiyaya güclü diqqəti ilə tanınır və öz sahələrində lider olan bir sıra tədqiqat mərkəzləri və institutlarına malikdir.

StudyNet Group 15 ildən artıq təcrübəyə əsaslanan peşəkarlığı ilə tələbələrə İngiltərənin ən prestijli və yüksək keyfiyyətə sahib universitetlərində təhsil almalarına köməklik göstərir. Təcrübəli təhsil məsləhətçilərimizin rəhbərliyi ilə proqram, ölkə, universitet seçimindən başlayaraq, yaşam yeri, visa proseduru daxil olmaqla bütün addımlarda peşəkar dəstək əldə edəcəksiniz.

Əgər siz də Böyük Britaniyada təhsil almaq, iş təcrübəsi yığmaq və akademik gələcəyinizi, eləcə də karyeranızı Avropada qurmaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz.

Online

© 2018 SNG, All Rights Reserved.