Norwich İncəsənət Universitetindən dizayn dərsləri

Çərşənbə, 11 Avqust 15:00

Norwich İncəsənət Universitetindən dizayn dərsləri

Əlaqə

Onlayn

170 ildən artıqdır ki, incəsənət, dizayn və media təhsili sahəsində özünü təsdiqləyən universitet, 14 yaşından yuxarı tələbə və gəncləri öz akademik biliklər ilə təmin etməyə davam edir. Belə ki, bu dəfə planlaşdırılan Yay məktəbi, memarlıqdan vizual hekayəyə qədər geniş bir təcrübə ilə təmin edəcək proqramı təşkil edəcək. Vebinar NUA məzunları, işçi heyəti və geniş praktiki bacarıqlara sahib müəllim heyəti tərəfindən həyata keçiriləcək.

Norwich İncəsənət Universiteti hər bir yaradıcı ruhu 2021-ci il Yay Məktəbinin onlayn seminarlarına qoşulmağa çağırır!

Yenilikçi və yaradıcı akademik ictimaiyyəti ilə tanınan universitet tədrisin mükəmməlliyi sistemində qızıl mükafata, The Times və The Sunday Times Good University Guide 2018 tərəfindən tədrisin keyfiyyətinə görə İngiltərədə 10-cu yerə layiq görülmüşdür.

170 ildən artıqdır ki, incəsənət, dizayn və media təhsili sahəsində özünü təsdiqləyən universitet, 14 yaşından yuxarı tələbə və gəncləri öz akademik biliklər ilə təmin etməyə davam edir. Belə ki, bu dəfə planlaşdırılan Yay məktəbi, memarlıqdan vizual hekayəyə qədər geniş bir təcrübə ilə təmin edəcək proqramı təşkil edəcək. Qeyd olunmalıdır ki, vebinar NUA məzunları, işçi və geniş praktiki bacarıqlara sahib müəllim heyəti tərəfindən həyata keçiriləcək.

Universitet, incəsənətin müxtəlif sahələrini əhatə edən kampus vebinarlarına ev sahibliyi etməyə davam edir. Onlardan biri avqustun 11-i saat 15:00-dan 16:30-a qədər (BST) keçiriləcək. Veb seminar Disney, Cartoon Network və Netflix-də təcrübə qazanan NUA BA Animasiya məzunu Dan Kelbi tərəfindən nümayiş olunacaq. Personaj dizaynı üzrə baş tutacaq vebinarda tələbələr obrazların dizaynı, onların texniki tərəfləri və bu kimi bir sıra ideyalar ətrafında davam edən fikirləri eşidəcəklər.

Həmçinin, tələbələr vebinar zamanı əldə olunan bacarıqlardan animasiya, illüstrasiya, oyun dizaynı kimi sahələrdə gələcək təcrübələrində istifadə edə bilərlər.

Yay məktəbi həmçinin kino istehsalı və hərəkətli şəkillər ixtisasından məzun olan Klara Pujard tərəfindən 18 avqust tarixində keçiriləcək UX-dizayn vebinarı təklif edir. Qeyd edək ki, Klara karyerasında gənc təcrübəli dizaynerdir və Kanadada Compulsion Games şirkətində işləyir. Klara iştirakçılara UX dizaynının bütün detallarınından rahat istifadə, əlçatanlıq kimi nəzəri biliklər haqqında maraqlı vebinar təqdim edəcək.

Sözü gedən yay məktəbində iştirak etmək üçün buradan qeydiyyatdan keçin.

StudyNet Group uzun illərdir ki, Böyük Britaniya universitetləri ilə əməkdaşlıq edir və tələbələrə xaricdə təhsil almaq üçün universitet seçimində, eləcə də müraciət prosesində, yaşam yerinin seçilməsində və visa prosesində köməklik edir.

Onlayn

© 2018 SNG, All Rights Reserved.