Newman Universitetində Maliyyə Vebinarı

Çərşənbə axşamı, 03 Avqust 17:00

Newman Universitetində Maliyyə Vebinarı

Əlaqə

Online

Newman universiteti gələcək tələbələrinə bakalavr və magistr dərəcələri üzrə mühasibatlıq, kompüter elmləri, biznesin idarə edilməsi və bir sıra başqa sahələrdə proqramlar təklif edir. Bunlardan əlavə, universitet yeni təhsil illərinə burada başlamaq istəyən gənclərə çoxsaylı mövzular üzrə bir sıra vebinarlar təşkil edir.

Newman Birmingham Universiteti 1968-ci ildə qurulmuş və 2013-cü ildə universitet statusu qazanmışdır. Universitet əsasən məzun olduqdan sonra tələbələrin sonrakı təhsili və işləməsi üçün faydalı olan köçürülə bilən bacarıqların inkişafına yönəlmişdir.
Universitetdə müxtəlif dini etnik sosial qruplardan olan 2.700-dən çox tələbə təhsil alır, bununla da universitet yeni nəslə inkluzivliyi aşılayır.

Newman universiteti gələcək tələbələrinə bakalavr və magistr dərəcələri üzrə mühasibatlıq, kompüter elmləri, biznesin idarə edilməsi və bir sıra başqa sahələrdə proqramlar təklif edir. Bunlardan əlavə, universitet yeni təhsil illərinə burada başlamaq istəyən gənclərə çoxsaylı mövzular üzrə bir sıra vebinarlar təşkil edir.

Növbəti vebinarın mövzusu Maliyyə sahəsini əhatə edəcəkdir və tələbələrə ödənişlər, eləcə də yeni təqaüdlər haqqında ətraflı məlumat veriləcəkdir. Bundan əlavə, məlumat sessiyasında təqaüdlər, dəstək paketləri, müraciət prosesi, vəsaitin geri ödənməsi və universitetdə oxuyarkən büdcənizi ən yaxşı şəkildə necə istifadə etməyiniz barədə əsas tövsiyələr veriləcəkdir.

Vebinar 3 avqust 2021-ci il tarixində saat 17:00-dan 18:00-dək baş tutacaqdır. Canlı sessiya zamanı tələbələr öz suallarını yönləndirə və komanda ilə qarşılıqlı əlaqəyə keçərək maraqlandıran suallara cavab tapa bilərlər.

Qeydiyyatdan keçdikdən sonra iştirakçılar daha ətraflı məlumat ilə təmin olunacaqlar.

Ətraflı məlumat üçün universitetin rəsmi saytına buradan keçid edə bilərsiniz.

Studynet Group xaricdə təhsil şirkəti olaraq tələbələrə proqram seçimi, ərizə formalarının və müvafiq sənədlərin hazırlanması, ərizələrin universitetə təqdim olunması və qəbul məktubunun əldə edilməsi, həmçinin tələbə vizasına müraciət və universitetə yaxın yaşayış yerlərinin bron edilməsində yaxından köməklik göstərir.

Online

© 2018 SNG, All Rights Reserved.