Münhen Biznes Məktəbindən məlumat sessiyası: "Rəqamsal Biznesin idarə edilməsi"

Cümə axşamı, 03 Fevral 17:00

Münhen Biznes Məktəbindən məlumat sessiyası: "Rəqamsal Biznesin idarə edilməsi"

Əlaqə

Onlayn

"Rəqəmsal biznesin idarə edilməsi" proqramı ilə siz kontent, çoxsaylı onlayn alətlər və platformalar, strategiyalar və sistemlər və daha bir çox şey haqqında daha ətraflı məlumat əldə edə biləcəksiniz.

Münhen Biznes Məktəbi (MBS) 3 fevral 2022-ci il tarixində "Rəqəmsal biznesin idarə edilməsi" proqramına həsr olunacaq onlayn məlumat sessiyası təşkil edir.

"Rəqəmsal Biznesin İdarə Edilməsi" proqramı ilə siz kontent, çoxsaylı onlayn alətlər və platformalar, strategiyalar və sistemlər və daha bir çox şey haqqında daha ətraflı məlumat əldə edə biləcəksiniz. Sessiya zamanı sizin qərar qəbul etməyinizdə köməkçi olacaq bir sıra açıq suallarınıza cavab tapa biləcəksiniz.

Qeyd edək ki, məlumat sessiyası 3 fevral, 2022-ci il saat 17:00-dan 18:00-dək baş tutacaqdır.

MBS çox müxtəlif və geniş tələbə icmasına malikdir, belə ki, bəzi qəbullarda beynəlxalq tələbələrin faizi qəbul edilmiş ümumi tələbələrin 70%-dən çoxunu təşkil edir. Universitetin beynəlmiləlliyi, praktiki tədris metodları, hər bir tələbəyə fərdi yanaşma, daxili və xarici qurumlar tərəfindən müntəzəm olaraq qiymətləndirilən keyfiyyət təminatı və ikidilli təhsil proqramları universiteti tələbələrin ilk seçimlərdən birinə çevirir.

Universitet haqqında daha çox məlumat əldə etmək və bu məlumat sessiyasında iştirak etmək istəyirsinizsə, buradan qeydiyyatdan keçə bilərsiniz.

Münhen Biznes Məktəbi StudyNet Group-un Almaniyadakı beynəlxalq tərəfdaşlarından biridir və əsasən beynəlxalq tələbələr arasında hər zaman ən çox üstünlük verilən sahə olan bakalavr və magistratura proqramları üzrə biznes istiqamətli proqramlara yönəlib.

Onlayn

© 2018 SNG, All Rights Reserved.