Münhen biznes məktəbi sevinclə elan etmək istəyir ki, artıq kampusda ənənəvi üsulla dərslərə start veriləcək.
Məktəb artıq ilk belə görüşünü MBA progqramının tələbələri ilə keçirib. Əlbəttə ki, bütün görüş iştirakçıları Covid-19 testindən keçmiş, vaksinasiya olunmuş və ya yenicə sağalmalarına dair sənəd təqdim ediblər.
Biznes Məktəbi, aylardır davam edən onlayn dərslərdən sonra tələbələrlə artıq kampusda görüşəcəklərindən məmnunluq hissi duyur. Beləliklə Sentyabr ayından etibarən bütün proqramlar üzrə dərslər hibrid formatda təşkil olunacaq. Bu həm də, hələlik Münhenə səfər edə bilməyən əcnəbi tələbələrə imkan verir ki, dərslərə olduqları yerdən onlayn şəkildə qoşula bilsinlər.
İyul ayının 8-i və 15-i tarixlərində Münhen Biznes Məktəbinin təşkil edəcəyi onlayn görüşdə hazırki tələbələrlə yanaşı, gələcək tələbələr üçün də maraqlı olacaq məlumatlar paylaşılacaq. Görüşlər çərçivəsində iştirakçılar sınaq mühazirələrinə qatılmaqla universitetdə aparılan dərsləri canlı yaşamaq imkanı əldə edəcəklər ki, bu da onlara universitet seçimində köməklik edəcək. Bundan əlavə sual-cavab sessiyalarında sizi maraqlandıran bütün sualları universitetin professor və işçi heyəti şəxsən cavablandıracaq.
Tədbirdə iştirak üçün aşağıdakı linkə daxil olaraq sizi maraqlandıra mövzu ilə bağlı keçiriləcək görüş üçün qeydiyyatdan keçmək tələb olunur.
Bu sessiyaların ən azı birində iştirak edən və 25 İyun – 31 İyul tarixləri arasında universitetə müraciət ərizəsi təqdim edən tələbələrə birinci ilin qeydiyyat rüsumuna endirim təqdim olunacaq.
Qeyd edək ki, 2021-ci ilin Sentyabr qəbulu üçün Münhen Biznes Məktəbinə ərizə qəbulu davam edir.
Münhen Biznes Məktəbi Almaniyanın Wirtschaftswoche jurnalının apardığı qiymətləndirməyə əsasən ən yaxşı biznes təhsili verən özəl universitet seçilmişdir.
Əgər siz də Almaniyada biznes təhsili ilə maraqlanırsınızsa, o zaman universitetin ölkəmizdə rəsmi nümayəndəsi olan StudyNet Group şirkətinin təcrübəli təhsil məsləhətçilərinin tövsiyyələrindən yararlana bilərsiniz. Şirkətimiz sizə bütün qəbul prossesində ödənişsiz olaraq tam dəstək göstərməyə hazırdır.