Munich Business School, tələbələri universitetin professor heyətinin təqdimatında onlayn mühazirə və görüşlərdə iştirak etməyə dəvət edir.
Bakalavr tələbələrinin universitetin professoru ilə görüşü - 19 Aprel
Bu sessiya universitetin professoru, Bakalavr proqramları üzrə İqtisadiyyat dərslərinin tədrisini aparan Doktor Florian W.Bartholomae təqdimatında baş tutacaq və bu dəfəki nümunə leksiyanın mövzusu "Korona vaksinasiyası: Xarici təsirlər və ictimai faydaları" olacaq. Eyni zamanda, tədbir iştirakçılarının universitetdə tədris prossesi ilə bağlı sualları professor tərəfindən cavablandırılacaq.
Tədbirin vaxtı: 19 Aprel, saat 19.00 (Bakı vaxtilə)
Qeydiyyat linki
Universitetin növbəti tarixlərdə təşkil edəcəyi onlayn tədbirlərin tarixi və mövzusu aşağıdakı siyahıda verilib. Daha ətraflı məlumat əldə etmək və sizə maraqlı olan mövzular üzrə tədbirlərdə iştirak etmək üçün Tədbirlər linkinə keçid edin.
- 26 Aprel: Münhen Biznes Məktəbi - 30 il. Məzunlar və professorların xatirələri
- 29 Aprel: Pre-bakalavr təhsil proqramında iştirak üçün 5 səbəb
- 29 Aprel: MBA mühazirəsi - Strateji marketinq
- 4 May: MBA Ümumi menecment proqramına müraciət etməyin qaydaları
- 7 May: Beynəlxalq biznes sahəsində bakalavr proqramına müraciət etməyin qaydaları
- 1 İyun: Münhen Biznes Məktəbi - 30 il. "Mədəniyyət daha faydalı istiqamətdə və müştəri məmnuniyyəti istiqamətində dəyişir"
- 8 İyun: Bakalavr proqramı haqqında onlayn məlumat sessiyası
- 23 İyun: Beynəlxalq biznes üzrə bakalavr proqramına müraciət qaydaları
- 8 İyul: Professor, elmlər doktoru Röhm ilə görüş. Onlayn mühazirə "De-qloballaşma: Şirkətlər üçün son trendlər və mövcud təsirlər". Sual-cavab hissəsində professor, tələbələri maraqlandıran sualları cavablandıracaq.
Münhen Biznes Məktəbi bu il 30 illik yubileyini qeyd edir. Bu illər ərzində universitet, dövlət akreditasiyasından, həmçinin Elm və Humanitar sahə üzrə Almaniya konsulunun akreditasiyasından keçməyə nail olub.
StudyNet Group Münhen Biznes Məktəbini seçən, bakalavra hazırlıq, bakalavr, magistraturaya hazırlıq, magistratura, MBA, DBA pillələri üzrə tələbələrə müraciət ərizələrinin hazırlanması, ərizənin izlənilməsi, tələbə vizasının əldə olunması və Münhendə yaşayış yerlərinin bron edilməsi zamanı istənilən dəstəyi göstərməyə hazırdır.