Münhen Biznes məktəbi ilə onlayn görüş

Cümə axşamı, 14 Yanvar 21:00

Münhen Biznes məktəbi ilə onlayn görüş

Əlaqə

Online

Münhen Biznes Məktəbi Almaniyanın üçün böyük şəhərində 25 ildən artıq müddətdə biznes təhsili verən dövlət akkreditasiyalı özəl universitetdir. Universitet, Beynəlxalq biznes sahəsində bakalavr proqramı, Beynəlxalq Biznes, İnnovasiyalar və biznes startapları, Beynəlxalq marketinq və brend menecmenti, İdman biznesi və kommunikasiya sahələri üzrə magistratura proqramları, həmçinin Umumi idarəetmə sahəsində MBA proqramı və DBA doktorluq proqramları təklif edir.

Praktiki təhsil proqramı çərçivəsində isə universitet artıq biznes sahəsində fəaliyyət göstərən şəxslər üçün müxtəlif seçilmiş mövzularda sseminar və görüşlər təklif edir. Bu tədbirlər onlayn formatda, qarışıq formatda və kampus şəraitində təşkil olunur.

Universitetin təklif etdiyi digər proqram və sseminarlar haqqında ətraflı məlumat mütəmadi şəkildə təşkil olunan test mühazirələri və məlumat sessiyaları zamanı universitet heyətinin təqdimatında onlayn şəkildə təşkil olunur.

Belə tədbirlərdən biri 14 Yanvar, 2021-ci il tarixdə saat 21.00-da (Bakı vaxtilə) təşkil olunacaq və tədbirin mövzusu "MBA təhsilini Münhen Biznes Məktəbində almaq üçün 10 səbəb"-dir. Tədbirdə iştirak üçün qeydiyyat linki aşağıda qeyd olunub:
Qeydiyyat linki

5 Fevral saat 19.00-da təşkil olunacaq məlumat ssessiyasının mövzusu isə "Beynəlxalq Biznes təhsili üzrə Bakalavr proqramına müraciət" haqqında olacaq.
Qeydiyyat linki

Bundan başqa Fevral ayı ərzində universiet 1 həftəlik onlayn görüş həftəsi təşkil edəcək. 19-23 Fevral tarixlərini əhatə edəcək "Onlayn Məlumat həftəsi-2021"-də tələbələrə Münhen Biznes Məktəbində tədris olunan bütün bakalavr, magistratura və doktorantura proqramları haqqında ətraflı məlumat veriləcək.

StudyNet Group şirkəti uzun illərdir ki, Münhen Biznes Məktəbi ilə uğurlu əməkdaşlıq edir və biznes təhsili üçün Almaniyaya üz tutan yerli və əcnəbi tələbələrə, qəbul prossesi boyunca, eləcə də vizanın əldə olunması, xaricdə yaşayış yerlərinin bron edilməsi xidmətləri daxil olmaqla tam dəstək göstərir.

Online

© 2018 SNG, All Rights Reserved.