Moda marketinqi

Cümə axşamı, 21 May 13:00

Moda marketinqi

Əlaqə

Online

Londonun Regents Universiteti May və İyun ayları ərzində müxtəlif mövzularda ödənişsiz onlayn mühazirələr təşkil edir. Test mühazirələri universitetin akademikləri tərəfindən aparılacaq; bu həmçinin Regents universitetində təhsil prosessinin necə aparıldığına əyani nümunə olacaq. Belə test mühazirələrdən birincisi “Moda marketinqi: Effektiv moda kommunikasiyası” mövzusuna həsr olunacaq və webinar şəklində qurulacaq. Tarix: 21 May, saat 13:00 (Bakı vaxtilə)

Pandemiya şəraiti ilə əlaqədar olaraq, demək olar ki, bütün beynəlxalq universitetlər tədris prossesini onlayn şəraitdə davam etdirirlər. Elə bu çərçivədə, Londonun Regents Universiteti də May və İyun ayları ərzində müxtəlif mövzularda ödənişsiz onlayn mühazirələr təşkil edir. Test mühazirələri universitetin akademikləri tərəfindən aparılacaq; bu həmçinin Regents universitetində təhsil prosessinin necə aparıldığına əyani nümunə olacaq.
Belə test mühazirələrdən birincisi “Moda marketinqi: Effektiv moda kommunikasiyası” mövzusuna həsr olunacaq və webinar şəklində qurulacaq.
Tarix: 21 May, saat 13:00 (Bakı vaxtilə)
Moda ilə maraqlanan istənilən şəxs aşağıdakı linkdə qeydiyyatdan keçməklə tədbirə qoşula bilər:
https://www.bigmarker.com/student-support1/Fashion-Marketing-The-Principles-of-Effective-Fashion-Communication?show_live_page=true

Londonun Regents universiteti 2006-cı ildə təsis edilib. Universitet 2010-cu ildən başlayaraq dram, film və media ixtisasları, 2013-cü ildə isə moda və dizayn sahəsi üzrə təhsil proqramları təklif edir. Hazırda Universitetdə, həmçinin, Biznes və Menecment, İncəsənət və Humanitar elmlər, Psixoterapiya və Psixologiya ixtisasları üzrə bakalavr, magistratura və doktorantura proqramları, eləcə də, baza hazırlıq proqramları və qısa müddətli dil kursları və yay proqramları da təklif olunur.
Regents Universitetinin beynəlxalq partnyorlarından olan StudyNet Group şirkəti tələbələrin xaricdə təhsil alması üçün bütün aspektlərdə yaxından köməklik göstərir və aşağıda qeyd olunan xidmətləri tam şəkildə ödənişsiz olaraq təklif edir:

  • Proqram seçimi
  • Ərizələrin tamamlanması və universitetə təqdim olunması
  • Xaricdə qalmaq üçün yerlərin təşkili
  • Təqaüd proqramları üçün ərizələrin hazırlanması
  • Viza dəstəyi

Online

© 2018 SNG, All Rights Reserved.