Middlesex Universiteti tələbələri dekabrın 15-də baş tutacaq Riyaziyyat və onun İqlim Dəyişikliyində rolu adlı sessiyasına dəvət edir.
People's Investors mükafatını qazanan Middlesex Universiteti Londonda bu mükafatı alan ilk universitet olmaqdan qürur duyur. Universitet hər il 130-dan çox müxtəlif ölkədən 5500-dən çox beynəlxalq tələbə qəbul edir. Bununla yanaşı 450-dən çox geniş proqram seçimi təklif edir. Bu proqramlar öz sahələrində peşəkar olan müəllimlərtərəfindən tədris olunur.
Tədbirin spikeri Maths Inspiration onlaynda fəaliyyət göstərən Samantha (Sammie) Buzzard olacaq və o, riyaziyyatın Antarktidaya və göllərdə, çaylarda və şəlalələrdə iqlim dəyişikliyinə necə təsir göstərə biləcəyini haqqında geniş məlumat verəcək.
Qeyd edək ki, tədbir Riyaziyyat və Elmi fənlərə marağı olan 10, 11-ci sinif şagirdləri üçün nəzərdə tutulub.
Bu qısa məlumatlandırıcı sessiyada iştirak etmək istəyən tələbələr buradan qeydiyyatdan keçə bilərlər.
StudyNet Group Middlesex Universiteti ilə sıx əməkdaşlıq münasibətlərinə sahibdir və bu universitetə müraciət etmək istəyən yerli və beynəlxalq tələbələrə ərizələrin hazırlanması və təqdim edilməsində və sonrakı bütün proseslərdə tam dəstək verməyə hazırdır.