Mercer Universitetində MBA təhsili və onun üstünlükləri

Çərşənbə, 16 Fevral 11:00

Mercer Universitetində MBA təhsili və onun üstünlükləri

Əlaqə

Online

Məzunların təcrübələri vasitəsilə universiteti kəşf etməklə yanaşı Mercer Universiteti ilə bağlı hər hansı yaranmış suallarına cavab tapmaq imkanı əldə edəcəklər.

Amerikanın ən qədim və ən qabaqcıl universitetlərindən biri olan Mercer Universiteti fevralın 16-da onlayn MBA Axşamı təşkil edir.

Bu interaktiv və məlumatlandırıcı Mercer Universitetinin MBA görüşündə gələcək tələbələr hazırkı tələbələrdən Mercer's School of Business və ya MBA axşam proqramındakı təcrübələri haqqında ətraflı məlumat alacaq və universitetin qəbul departamenti komandası ilə müraciət prosesi haqqında danışacaqlar. Məzunların təcrübələri vasitəsilə universiteti kəşf etməklə yanaşı onlar həmçinin Qəbul şöbəsinin direktoru Met Edmunds ilə görüşmək və Mercer Universiteti ilə bağlı hər hansı yaranmış suallarına cavab tapmaq imkanı əldə edəcəklər.

Bu fürsəti əldən verməməyi və bu məlumatlandırıcı tədbirdə iştirak etməyi tövsiyyə edirik.

Mercer U.S. News & World Report tərəfindən milli tədqiqat universitetləri arasında ən yüksək pillələrdə yer alır. Universitet hazırda dünyanın müxtəlif yerlərindən 8600-dən çox tələbəyə ev sahibliyi edir. Universitetin Macon, Atlanta və Savannah şəhər kampuslarında 12 məktəb və kollec vardır ki, Makon, Savanna və Kolumbda 3 tibb məktəbi və Corciya ştatında üç Regional Akademik Mərkəzi fəaliyyət göstərir.

Tədbir 16 Fevral, saat 18:00-dan 19:00-a qədər onlayn formatda təqdim olunacaqdır.

İştirak üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

StudyNet Group tələbələri ABŞ-ın unikal təhsil müəssisələri ilə tanış etmək, əlaqələndirmək və təhsil istiqamətini təmin etməkdən məmnundur.

Online

© 2018 SNG, All Rights Reserved.