Westminster Universiteti 17-18 İyun 2021-ci il tarixlərində Maliyyə və Mühasibatlıq üzrə illik simpoziuma ev sahibliyi edəcək. Tədbirin mövzusu “Rəqəmsal erada verilənlər bazasının analizi” adlanır və Westminster Biznes məktəbinin Maliyyə və Mühasibatlıq fakultəsi, və Westminster Universitetinin təşkilatçılığı ilə baş tutacaq.
Cənab Dale Jonas'ın təqdimatında planlaşdırılan simpoziumun əsas istiqaməti, aktivlərin qiymətləndirilməsi, korporativ maliyyə, maliyyə ekonometriksləri, proqnozun verilməsi, fondun idarə olunması, təqaüdlər, bazarın maliyyə hesabatı, mühasibatlıq standartları, FinTech vergi sistemi, böyük məlumat bazaları, kriptovalyuta, blokçeyn texnologiyasının araşdırılması mövzuları ətrafında olacaq.
Bunlarla yanaşı, maliyyə və mühasibat sahələri üzrə müxtəlif təqdimatların yer aldığı qlobal konfransda, xüsusilə məumatlar bazası analizlərinin, investorların gözləntilərini hansı səviyyədə qarşıladığı və onların qərar qəbul etmə mərhələsində nə dərəcədə əhəmiyyətli rol oynadığına dair hazırlanmış təqdimatlara daha çox üstünlük veriləcək.
Təqdim olunacaq altı ən yaxşı məqalə İsveçrədə dərc olunan Beynəlxalq Biznes və Sahibkarlığın İnkişafı Jurnalının (JIBED) xüsusi buraxılışında nəşr olunacaq.
Simposium onlayn şəkildə keçiriləcək və tədbirdə iştirak tamamilə ödənişsizdir.
Tədbir haqqında ətraflı məlumat
Birləşmiş Krallıqda yerləşən Westminster Universiteti ölkə üzrə reytinqlərdə qabaqcıl pillələrdə yer aldığı kimi Westminster Biznes Məktəbinin təklif etdiyi proqramlar və burada təhsilin keyfiyyəti də özünəməxsus yer tutur.
StudyNet Group şirkəti Westminster Universiteti ilə artıq uzun illərdir ki, əməkdaşlıq edir və universitetin təklif etdiyi bakalavr və magistr dərəcəsi üzrə proqramlara müraciət edən tələbələrin ərizələrinin hazırlanmasında, təqaüd proqramlarına müraciət zamanı, tələbə vizasının əldə olunması və xaricdə yaşayış yerlərinin bron edilməsində yaxından köməklik göstərir.