LSE - Tanışlıq Sessiyası

Çərşənbə, 18 Avqust 10:00

LSE - Tanışlıq Sessiyası

Əlaqə

Online

LSE təhsilə maraqlı olan tələbələr və gənclər üçün universitet müxtəlif sessiyalar təşkil edir. Sessiya marketinq və kadr seçimi komandasının üzvü tərəfindən hazırlanmış qısa giriş təqdimatı ilə başlayacaq, daha sonra isə tələbələrin sualları ilə davam edəcək.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi hər 2-3 həftədə tanışlıq sessiyaları keçirir ki, bu da gələcək bakalavr tələbələrinə LSE-də təhsil variantları, tələbə həyatı və ərizələrin verilməsi prosesi haqqında daha çox məlumat əldə etməyə imkan verir.

QS dünya reytinqində 2021-ci ildə 1-ci, sosial elmlər və idarəetmə fənləri üzrə dünyada 2-ci yeri tutan LSE, dünyanın ən qabaqcıl sosial elm universitetlərindən biridir.

Dünya miqyasında akademik nüfuza malik olan bu universitet sosial elmlərə yüksək keyfiyyət ilə nail olmaq üçün bir sıra proqramlar təklif edir.

Qeyd olunmalıdır ki, LSE müxtəlif təlim metodları təklif edir. Bu isə öz növbəsində burada təhsil alacaq tələbələrin özlərinə uyğun tədris metodunu seçməsinə imkan yaradır. Daha əvvəldə qeyd olunduğu kimi burada təhsilə maraqlı olan tələbələr və gənclər üçün universitet müxtəlif sessiyalar təşkil edir. Sessiya marketinq və kadr seçimi komandasının üzvü tərəfindən hazırlanmış qısa giriş təqdimatı ilə başlayacaq, daha sonra isə tələbələrin sualları ilə davam edəcək.

Diqqətinizə çatdıraq ki, sessiya həm bakalavr, həm də magistr dərəcələri üzrə təşkil olunacaq.

İştirakçılar bu tarixlərdən birində sessiyalara qoşula bilərlər: 18 avqust; 1, 15, 29 sentyabr 2021-ci il

Tədbirdə maraqlı olan tələbələr əvvəlcə universitetin rəsmi saytından qeydiyyatdan keçməlidirlər. Bunun üçün LSE Discovery Sessions veb saytında göstərilən tarixlərdən birini seçərək qeydiyyat formunu tamamlayın.

İngiltərədə təhsilinin təklif etdiyi imkanlardan yararlanmaq istəyirsinizsə ətraflı məlumat əldə etmək üçün hər zaman təcrübəli xaricdə təhsil məsləhətçilərimizə müraciət edə bilərsiniz. StudyNet Group şirkəti müraciət prosesində sizə istiqamətdə köməklik göstərəcək, eləcə də tələbə vizalarının alınmasında, İngiltərədə mənzil bron edilməsi prosesində və orada qaldığınız müddət ərzində daimi dəstək göstərəcəyik.

Online

© 2018 SNG, All Rights Reserved.