LSE ilə Tanışlıq Sessiyası

Çərşənbə, 08 Dekabr 10:00

LSE ilə Tanışlıq Sessiyası

Əlaqə

Online

Tələbə Marketinqi və Kadr seçimi komandasının üzvü tərəfindən təqdim olunan sessiyadan sonra iştirakçılar öz suallarını təqdim etmək imkanı əldə edəcəklər.

8 dekabr tarixində London School of Economics gələcək tələbələr üçün LSE-də təhsil seçimləri, tələbə həyatı və müraciət prosesi haqqında daha çox məlumat əldə etməyə imkan verəcək Tanışlıq Sessiyası təşkil edir.

Universitet müxtəlif proqramlar və dünya miqyasında akademik reputasiyaya malik universitetdə sosial elmlərə yiyələnmək üçün unikal imkan təklif edir. Bu virtual görüşdə tələbələr LSE-nin təklif etdiyi imkanlar, həmçinin proqramlar, mühazirələrin quruluşları və bir çox şey haqqında ətraflı məlumat alacaqlar.

Tələbə Marketinqi və Kadr seçimi komandasının üzvü tərəfindən təqdim olunan sessiyadan sonra iştirakçılar öz suallarını təqdim etmək imkanı əldə edəcəklər. Qeyd edək ki, tədbir həm bakalavr, həm də magistr tələbələri üçün nəzərdə tutulub.

Tədbirdə maraqlı olan tələbələr əvvəlcə universitetin rəsmi saytından qeydiyyatdan keçməlidirlər. Bakalavr tələbələri üçün LSE Tanışlıq Sessiyası 8 dekabr tarixində saat 16:00-dan 17:00-a qədər, magistr tələbələri üçün isə saat 10:00-dan 11:00-dək keçiriləcəkdir.

İngiltərədə təhsilinin təklif etdiyi imkanlardan yararlanmaq istəyirsinizsə ətraflı məlumat əldə etmək üçün hər zaman təcrübəli xaricdə təhsil məsləhətçilərimizə müraciət edə bilərsiniz.

Online

© 2018 SNG, All Rights Reserved.