LSBU Tələbələri ilə Biznes Danışıqları

Çərşənbə axşamı, 14 Dekabr 17:00

LSBU Tələbələri ilə Biznes Danışıqları

Əlaqə

Onlayn

Universitetdə fəaliyyət göstərən Biznes Məktəbi həm bakalavr, həm də magistr dərəcələri üzrə Biznesin idarə edilməsi, Mühasibat uçotu / Maliyyə, Biznesin idarə edilməsi, İqtisadiyyat və s. kimi bir sıra proqramlar təklif edir.

Biznes sahəsində təhsil istiqamətlərini davam etdirmək istəyən tələbələri əməkdaş olduğumuz təhsil müəssələrindən biri olan London South Bank Universiteti tərəfindən təşkil olunan "Biznes danışıqları" adlı tədbirinə dəvət edirik.

1892-ci ildə əsası qoyulan LSBU Londonun böyük və prestijli universitetlərindən biri olaraq, 130 müxtəlif ölkədən 18.000-ə yaxın tələbəyə təhsil təqdim edən akkreditə olunmuş dövlət universitetidir.

Universitetdə fəaliyyət göstərən Biznes Məktəbi həm bakalavr, həm də magistr dərəcələri üzrə Biznesin idarə edilməsi, Mühasibat uçotu / Maliyyə, Biznesin idarə edilməsi, İqtisadiyyat və s. kimi bir sıra proqramlar təklif edir. Həmçinin, xüsusi hazırlanmış tədris proqramı tələbələrə getdikcə artan rəqabətli dünyada uğur qazanmaq üçün lazım olan bacarıqlar, özünəgüvən və bir sıra bilik aşılayacaqdır.

Vebinar 14 dekabr 2021-ci il tarixində, Böyük Britaniya vaxtı ilə saat 17:00-dan 18:00-a qədər keçiriləcəkdir. İştirakçılar hazırkı Biznes Məktəbi tələbələrindən LSBU-da Biznes, İqtisadiyyat və Menecment üzrə təhsil təcrübələri, sevimli modulları, gündəlik universitet həyatları və ən yaxşı məsləhətlər haqqında məlumat alacaqlar.

İnanırıq ki, hər bir iştirak edən tələbə hansı proqramın onlar üçün daha uyğun olacağını öyrənəcək və LSBU-da təhsilin incəliklərini kəşf edəcək.

Qeydiyyat üçün buradan keçid edin.

London South Bank Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi StudyNet Group qəbul prosesində, tələbə vizasının alınmasında və Böyük Britaniyada yaşayış yerlərinin bron edilməsində sizə hər zaman köməklik göstərməyə hazırdır.

Onlayn

© 2018 SNG, All Rights Reserved.