London South Bank Universiteti (LSBU) 20 İyul tarixində tələbələrə universitetin Mühəndislik fakültəsi haqqında geniş məlumat vermək üçün məlumat sessiyası təşkil edəcək. 1892-ci ildən fəaliyyət göstərən London South Bank Universiteti müxtəlif istiqamətlərdə (maliyyə, memarlıq, biznes, menecment və s.) təhsil verən akkreditasiya olunmuş dövlət universitetidir. Londonun ən böyük və prestijli universitetlərindən biri olan London South Bank Universiteti hər il 130 ölkədən 18000-ə yaxın tələbəni univesitetə qəbul edir.
LSBU-nun Mühəndislik fakültəsi tərkibində böyük peşəkarlıqla tədris olunan bütün ixtisaslar tələbələrə gələcək karyera həyatlarında tələb olunan problem həlletmə bacarıqlarını və araşdırma qabilliyyətlərini inkişaf etdirmək fürsəti verir. Bundan əlavə, universitetin əksər mühəndislik və dizayn ixtisasları Mexanika Mühəndisləri İnstitutu (The Institution of Mechanical Engineers), Mühəndislik və Texnologiya İnstitutu (the Institution of Engineering and Technology ) və Lisenziyalı Tikinti Xidmətləri Mühəndislər İnstitutu (The Chartered Institution of Building Services Engineers) kimi peşəkar təşkilatlar tərəfindən akkreditasiya olunub.
Vebinar 20 iyul 2021-ci il tarixdə, saat 13:00-da (Bakı vaxtilə) keçiriləcək və veb seminar zamanı LSBU-da təhsil almağı planlayan bütün tələbələr mühəndislik fakültəsində təhsil almağın üstünlükləri haqqında ətraflı məlumat əldə edəcəklər. Mərkəzin rəhbəri Dominic Hammond və ONCAMPUS Əməkdaşlıq və növbəti təhsil pillələrinə keçid departamentinin direktoru Peter McLaughlin onlayn tədbirdə iştirakçılara ixtisaslar barəsində daha ətraflı məlumat verəcəklər.
Mühəndislik ixtisası üzrə təhsil almaq istəyirsinizsə, ancaq universitet seçimində çətinlik çəkirsinizsə, London South Bank Universiteti sizin üçün ideal seçim ola bilər. London South Bank Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi olan StudyNet Group şirkəti, qəbul prosesi, tələbə vizası və xarici ölkələrdə rezervasiya məsələlərində sizə hər cür kömək etməyə hazırdır.