London South Bank Universitetində Açıq qapı gününə siz də qoşulun!

Şənbə, 08 Oktyabr 10:00

London South Bank Universitetində Açıq qapı gününə siz də qoşulun!

Əlaqə

London, İngiltərə

Universitet 8 oktyabr, şənbə günü Southwark Kampusunda "Açıq qapı" günü təşkil edir. LSBU-da təhsil pillələrini davam etdirməyi planlaşdıran tələbələri tərəfdaş təhsil müəssisəmiz tərəfindən təşkil olunacaq "Açıq qapı" günü tədbirinə dəvət edirik.

London South Bank Universiteti yeni tələbələri kampusda qarşılamağa hazırlaşır.

Universitet 8 oktyabr, şənbə günü Southwark Kampusunda "Açıq qapı" günü təşkil edir. LSBU-da təhsil pillələrini davam etdirməyi planlaşdıran tələbələri tərəfdaş təhsil müəssisəmiz tərəfindən təşkil olunacaq "Açıq qapı" günü tədbirinə dəvət edirik. Bu, universitet heyəti, akademiklər və gələcək perspektivli qrup yoldaşları ilə şəxsən görüşmək üçün əla fürsətdir.

1892-ci ildə qurulan LSBU Londonun ən böyük və ən prestijli universitetlərindən biri olan, 130 müxtəlif ölkədən 18.000 tələbəni təhsil ilə təmin edən akkreditə olunmuş dövlət universitetidir.

Bu universitetin Biznes Məktəbi həm bakalavr, həm də magistr dərəcələri üzrə Biznesin İdarəedilməsi, Mühasibat Uçotu/Maliyyə ilə Biznesin İdarə Edilməsi, İqtisadiyyat və s. kimi bir sıra proqramlar təklif edir. Həmçinin, xüsusi hazırlanmış mühazirə proqramları tələbələrə getdikcə artan rəqabətli dünyada uğur qazanmaq üçün lazım olan bacarıqlar, inam və biliklər verəcəkdir.

İnanırıq ki, bu tədbir vasitəsi ilə hər bir tələbə hansı kursun onlar üçün daha uyğun olduğunu təyin edə biləcək və LSBU-da təhsilin incəliklərini kəşf edəcək.

Qeydiyyat üçün buradan keçid edin.

London South Bank Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi StudyNet Group, qəbul prosesində, tələbə vizasının alınmasında və Böyük Britaniyada yaşayış yerlərinin bron edilməsində sizə hər zaman köməklik göstərməyə hazırdır.

London, İngiltərə

© 2018 SNG, All Rights Reserved.