London City Universitetində "Açıq qapı" günü

Çərşənbə, 16 Fevral 13:00

London City Universitetində "Açıq qapı" günü

Əlaqə

Onlayn

City Universiteti Londonda biznes əsaslı təhsil təqdim edən aparıcı universitetlərdən biridir.

Diqqətinizə çatdırmaq istərdik ki, 16 fevral London City Universiteti Onlayn "Açıq qapı" günü təşkil edir.

City Universiteti Londonda biznes əsaslı təhsil təqdim edən aparıcı universitetlərdən biridir. Beynəlxalq tələbələr arasında ən çox seçilən universitetlərdən biri olaraq City Londonun xarici və nüfuzlu şirkətləri ilə sıx əlaqələrə malikdir. City University 2009-cu ildə People and Planet Green League-da 71-ci yerdən 31-ci yerə yüksəlmişdir.

City Universitetinin əksər proqramları peşəkar təşkilatlar tərəfindən akkreditasiya olunur. Bu onun aydın göstəricisidir ki, City Universiteti tələbələri məzun olduqdan dərhal sonra biznes sahəsinə yönələ bilərlər. Universitet 2013-2014-cü il Dünya Universitetləri Reytinqinə görə dünyanın ən yaxşı universitetlərinin ilk 5%-i arasında yer almışdır. Qeyd edək ki, London City Universitetində 126 ölkədən 21 000 tələbə təhsil alır.

City Universitetinin tələbəsi olmağın üstünlükləri haqqında daha çox məlumat almaq üçün "Açıq qapı" günündə iştirak edə bilərsiniz. Bu, London City Universitetində təhsilin bütün üstünlüklərini kəşf etmək üçün mükəmməl fürsətdir.

Məlumatlandırıcı tədbirdə iştirak etmək istəyirsinizsə, buradan qeydiyyatdan keçə bilərsiniz.

StudyNet Group şirkəti beynəlxalq tələbələrə bütün qəbul prosesində köməklik göstərməkdən məmnunluq duyur.

Onlayn

© 2018 SNG, All Rights Reserved.