Leicester Universiteti ilə görüş

Şənbə, 04 Dekabr 11:00

Leicester Universiteti ilə görüş

Əlaqə

Onlayn

Leicester Universiteti Şərqi Midlenddə yerləşir və hazırda 20.000-ə yaxın tələbə burada təhsil alır, onlardan 1500-ü 80-dən çox ölkədən gələn beynəlxalq tələbələrdir.

Leicester Universiteti gələcək tələbələr üçün Açıq qapı günü təşkil edir.

Bu, onları maraqlandıran kurslar, mövcud imkanlar, universitetin geniş yerləşdirmə variantları və tələbələrimizə təklif etdikləri dəstək haqqında ətraflı məlumat almaq üçün əla fürsətdir. Akademiklər və Tələbə Səfirləri tələbələrin suallarını cavablandıracaq və təşkil olunan virtual tur ilə kampusla tanış ola bilərlər.

Leicester Universiteti Şərqi Midlenddə yerləşir və hazırda 20.000-ə yaxın tələbə burada təhsil alır, onlardan 1500-ü 80-dən çox ölkədən gələn beynəlxalq tələbələrdir. Leicester Universiteti Böyük Britaniyanın ən sürətlə inkişaf edən universitetlərindən biridir və hazırda 300 milyon funt sterlinq dəyərində kampusun yenidən qurulması proqramı həyata keçirilir.

Qeyd olunan tədbir 4 dekabr 2021-ci il tarixində onlayn şəkildə təqdim olunacaq.

Bu məlumatlandırıcı tədbirdə iştirak etmək istəyən tələbələr ilk öncə buradan qeydiyyatdan keçməlidirlər.

StudyNet Group tələbələrə proqram və universitet seçimində, ərizə formalarının hazırlanmasında, viza alınmasında və bütün müvafiq sənədlərin doldurulmasında kömək etməklə, xaricdə təhsilə gedən yolda onlara kömək etməkdən hər zaman məmnundur.

Onlayn

© 2018 SNG, All Rights Reserved.