Law Universitetində virtual Magistr Hüquq Günü

Şənbə, 30 Oktyabr 10:30

Law Universitetində virtual Magistr Hüquq Günü

Əlaqə

Onlayn

Dünyanın ən yaxşı universitetlərindən biri hesab olunan Hüquq Universiteti öz sahəsində aparıcı təhsil müəssisəsidir.

University of Law 30 oktyabr 2021-ci il tarixində Virtual Magistr Hüquq Günü keçirir.

Dünyanın ən yaxşı universitetlərindən biri hesab olunan Hüquq Universiteti (University of Law) öz sahəsində aparıcı təhsil müəssisəsidir. Dünyanın 100-dən çox ölkəsindən 1200-dən çox tələbə karyeralarını inkişaf etdirmək üçün bu universiteti seçir. Hüquq Universiteti (University of Law) Böyük Britaniyada hüquqi təhsilin ən uzunmüddətli təchizatçısıdır.

Tələbələr Law Universitetinin təklif etdiyi Hüquq Təcrübə Kursu (LPC), Vəkillərin İxtisasartırma İmtahanı (SQE), Vəkillik Təcrübəsi Kursu (BPC) və Hüquq Müzakirələri Kursları haqqında ətraflı məlumat alacaqlar. Bu, universitet əməkdaşları, müəllim və akademikləri ilə və nəhayət, hazırkı tələbələri ilə görüşmək üçün çox yaxşı fürsətdir.

Bunlarla yanaşı, tələbələr həmçinin peşəkar hüquqşünas olmağın yollarını, işəgötürənlərin ehtiyacları, iş dünyasının bu sahədə tələblərini və bütün bunlarla birlikdə Law Universitetinin gələcək hüquqşünasları necə yetişdirdiyini öyrənəcəklər.

Görüşdə iştirak etmək istəyən tələbələr bu link vasitəsilə qeydiyyatdan keçməlidirlər və qeyd edək ki, tədbirə daxil olmaq üçün link tədbir tarixinə yaxın göndəriləcəkdir.

Tarix: 30 oktyabr, 2021-ci il. Saat 10:30-dan 12:30-dək.

Ən son təhsil proqramları, təhsil konfransları və tədbirlər haqqında yenilikləri Studynet Group-dan əldə edə bilərsiniz. Universitetin beynəlxalq əməkdaş agentliklərindən biri olaraq SNG beynəlxalq və yerli tələbələrə bütün qəbul proseslərində kömək etməkdən hər zaman məmnunluq hissi duyur.

Onlayn

© 2018 SNG, All Rights Reserved.