Lancaster Universitetində Magistr Təhsil günü

Şənbə, 04 Fevral 10:30

Lancaster Universitetində Magistr Təhsil günü

Əlaqə

Lancaster, UK

Universitet 4 fevral tarixində gələcək tələbələr üçün açıq qapı günü təşkil edir ki, bu da universitet heyəti, məunlar, təhsil proqramları haqqında məlumat almaq üçün möhtəşəm fürsətdir!

Lancaster Universiteti tərəfindən baş tutacaq Kampus Açıq qapı günü magistr təhsilini araşdırmaq, akademik heyətlə danışmaq və ərizə prosesi, təhsil haqqı və maliyyə dəstəyi ilə bağlı məsləhətlər almaq imkanı təqdim edir.

Bu yüksək səviyyəli yenilikçi universitet, dünyanın hər yerindən 12.000 -dən çox tələbəyə ev sahibliyi edir. 2018 -ci ildə "İlin Universiteti" adına layiq görülən Lancaster Universiteti, sonuncu kurs tələbələri üçün Milli Tələbə Sorğusunda 88 faiz göstəri toplayaraq 2019 -cu il üçün İngiltərənin üç əsas liqa cədvəlində ilk onluğa daxil olmuşdur. Həmçinin universitet tədqiqat sahəsində geniş nüfuz sahibi olmuşdur.

Universitet 4 fevral tarixində gələcək tələbələr üçün açıq qapı günü təşkil edir ki, bu da universitet heyəti, məunlar, təhsil proqramları haqqında məlumat almaq üçün möhtəşəm fürsətdir!

Lancaster, biokimya, maliyyə, kimya mühəndisliyi, kompüter elmləri, hüquq, dizayn, elm və s. kimi müxtəlif sahələrdə geniş proqramlar təklif edir. Universitet gələcək beynəlxalq tələbələr, eləcə də bakalavr və magistr tələbələri üçün onlayn görüş təşkil edir.

Tədbirə qatılmaq istəyən tələbələr buradan qeydiyyatdan keçə bilərlər.

Universitet və onun təqdim etdiyi perspektivlər haqqında daha ətraflı məlumat almaq üçün buradan keçid edə bilərsiniz.

StudyNet Group universitetin beynəlxalq əməkdaşlarından biri olaraq, bu universiteti seçən yerli və əcnəbi tələbələrə sənəd qəbulu və universitetə müraciət ərizələrinin hazırlanması, tələbə vizalarının əldə olunması, İngiltərədə tələbə yataqxanaları və fərdi yaşayış yerlərinin bron edilməsi və s. sahədə tam dəstək göstərməyə hər zaman hazırdır.

Lancaster, UK

© 2018 SNG, All Rights Reserved.