Lancaster Universiteti bütün gələcək tələbələri 18 noyabr 2021-ci il Cümə axşamı, saat 16.30-da Hüquq və Kriminologiya Virtual Sessiyasına dəvət edir.
Gələcək tələbələr Böyük Britaniyanın ən yaxşı Hüquq Məktəblərindən biri olan Lancaster Universitetində təhsil almağın üstünlükləri haqqında ətraflı məlumat alacaqlar. Tələbələr həmçinin Lancaster Universitetində Hüquq fakültəsinin məzunu olaraq qazanılan perspektivlər və tələbə təcrübəsi haqqında maraqlı fikirləri dinləmək imkanı da əldə edəcəklər.
Tədbir əsasən 12-13-cü sinif şagirdləri üçün nəzərdə tutulub ki, bu da yüksək sinif tələbələri üçün əla bir fürsət yaradacaq. Belə ki, Lancaster Universitetində Hüquq və Kriminologiya üzrə bakalavr təhsili haqqında da məlumat veriləcək, eyni zamanda tələbələr məzunlara öz suallarını yönləndirə və onları maraqlandıran suallara cavab tapa bilərlər.
Qeyd olunmalıdır ki, Lancaster Universitetinin Hüquq fakültəsi Böyük Britaniyada Kriminologiya daxil olmaqla Hüquq üzrə ən yaxşı məzun perspektivlərinə malikdir (Complete University Guide 2021) və Times Good University Guide 2020-ə görə universitetin Kriminologiya fakültəsi Böyük Britaniyada 2-ci yerdə qərərlaşıb.
Bu məlumatlandırıcı sessiyada iştirak etmək istəyən tələbələr buradan qeydiyyatdan keçə bilərlər.
StudyNet Group universitetin beynəlxalq əməkdaşlarından biri olaraq, bu universiteti seçən yerli və əcnəbi tələbələrə sənəd qəbulu və universitetə müraciət ərizələrinin hazırlanması, tələbə vizalarının əldə olunması, İngiltərədə tələbə yataqxanaları və fərdi yaşayış yerlərinin bron edilməsi və s. sahədə tam dəstək göstərməyə hər zaman hazırdır.